BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Mollazadə F.Ə. 
(+99412) 596-9020 (iş) 

Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Bəylərov İ. X.
(+99412) 537-1132 (iş)

Ağazadə R. R. 
(+99412) 512-2125 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

20 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX Qurultayı keçirildi. Azərbaycan Memarlar İttifaqının rəhbərliyinin yeni tərkibi seçilib:

Aghazadeh RufatAzərbaycan Memarlar İttifaqının katibi  Rüfət Rüfət oğlu Ağazadə 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AMİU) bakalavr, 2001-ci ildə isə magistratura pilləsini fərlənmə diplomları ilə bitirmişdir. 2000-ci ildə Azərbaycan Respublikası müstəqilliyinin 10-illiyinə və AMİU-nun 25 illik yubileyinə həsr edilmiş tələbə və magistrların elmi-praktiki konfransında 1-ci dərəcəli diplomla təltif edilmişdir. Onun magistr dissertasiyası 2001-ci ildə Rusiyanın Rostov şəhərində keçirilmiş ən yaxşı diplom layihələri üzrə 10-cu Beynəlxalq baxış müsabiqəsinin 1-ci dərəcəli diplomuna layiq görülmüşdür.

1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində əvvəlcə mühəndis, sonra isə memar vəzifələrində çalışmışdır.

2001-ci ildə AMİU-nun aspiranturasına qəbul olub, 2004-cü ildə dissertasiya işini müdafiə etdikdən sonra ona memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

“Azərbaycan gəncləri günü” münasibətilə 2003-cü və 2006-cı illərdə memarlıq sənəti sahəsində qazanılmış uğurlara görə müxtəlif nominasiyalar üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və Nazirliyin yaradıcı və istedadlı gənclər üçün təsis etdiyi “Gənclər mükafatları” ilə təltif edilmişdir.

2001-ci ildə Azərbaycan Memarlar İttifaqının (AMİ) üzvlüyünə, 2007, 2012 və 2017-ci illərdə keçirilmiş İttifaqın Qurultaylarında isə AMİ-nin İdarə Heyətinin üzvü seçilmişdir.

2002-2006-cı illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Arxitektura və Şəhərsalma şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində işləmişdir.

2006-cı ildən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2010-cu ildən isə sektor müdiri vəzifəsində çalışır.

Rüfət Ağazadə 2013-cü ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının Bakı bölməsinin iclasında Akademiyanın müxbir üzvü seçilmişdir.

2014-cü ildə Moskva şəhərində keçirilən Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının toplantısında həmmüəlliflərlə birgə hazırladığı Qəbələ şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Konqres Mərkəzinin layihəsi Assosiasiyanın diplomuna layiq görülmüşdür.

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Həmin il Moskva şəhərində keçirilən BMT, YUNESKO və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təsis olunmuş Beynəlxalq Memarlıq Akademiyasının Reyasət heyətinin sessiyasında Akademiyanın professoru seçilmişdir.

2017-ci ildə Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar, təşkilatın həyat və fəaliyyətində aktiv iştirakına görə Assosiasiyanın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Həmin ildə də Azərbaycan Memarlar İttifaqının XIX Qurultayında İttifaqın katibi vəzifəsinə seçilmişdir.

Həyata keçirilmiş 25-dən artıq layihənin, bir çox elmi və publisistik məqalələrin, 2 dərs vəsaitinin, dərslik və monoqrafiyanın müəllifidir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram