BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Mollazadə F.Ə. 
(+99412) 596-9020 (iş) 

Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Bəylərov İ. X.
(+99412) 537-1132 (iş)

Ağazadə R. R. 
(+99412) 512-2125 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

20 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX Qurultayı keçirildi. Azərbaycan Memarlar İttifaqının rəhbərliyinin yeni tərkibi seçilib:

Qasimzadeh Elbay

Azərbaycan Memarlar İttifaqının Idarə heyətinin sədri Elbay Ənvər oğlu Qasımzadə 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakültəsini bitirmişdir.

1971-1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.

1975-1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə «Saman memarlığı» adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.

1989-2001 illərdə Bakı şəhərinin Baş memarı, Bakı Meriyasının Memarlıq və şəhərsalma üzrə Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.

1998-ci ildə bu gün təkcə Azərbaycanda deyil, hətta Respublikamızın hüdudlarından kənarda da tanınan "El&En" memarlıq şirkətini təsis etmiş və hazırda ona başçılıq edir. 150-dən artıq layihənin müəllifidir, onlardan çoxunun tikintisi həyata keçirilmişdir. Bunların sırasında Bakı metropoliteni stansiyaları, Şəhidlər Xiyabanında “Əbədi məşəl” xatirə abidəsi və s. 80-dən artıq məqalənin və 14 kitabın müəllifidir.

1990-cı ildə "Azərbaycanın Əməkdar memarı" fəxri adına layiq görülmüş, 2000-ci ildə ölkənin ən yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilmişdir. Üç dəfə "Humay" Milli mükafatına, iki dəfə "Uğur" Milli mükafatına layiq görülmüşdür. 2019-cu ildə   “Azərbaycan  Xalq  Cümhuriyyətinin  100 illiyi (1918-2018)  yubiley medalı ilə, “Azərbaycan  Respublikası  diplomatik xidmət Orqanlarının 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edilmişdir. 20 sentyabr 2019-cu il tarixində Koreya  memarlıq  İnstitutunun Fəxri  üzvü  adına və Qızıl medala layiq görülmüşdür.                                                    

MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən "İlin ən yaxşı layihəsi" beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir.

Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO), Beynəlxalq Memarlar İttifaqının (UİA) akademiki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. 2016-cı ildən Beynəlxalq Memarlar Akademiyasının Moskva bölməsinin Azərbaycan Akademik Mərkəzinin rəhbəridir.  2017-ci ildən Beynəlxalq Memarlar İttifaqının Şura üzvüdür.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur, “Memarlıq layihələndirilməsi və Şəhərsalma” kafedrasının müdiri.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında 2013-cü ildə 25 adlıqda memarlıq haqqında azərbaycan, inglis və rus dillərində nəşr olunmuş kitabın, o cümlədən ilk dəfə olaraq E. Qasımzadənin rəhbərliyi altında hazırlanmış “Azərbaycan Memarlıq Tarixi” 5 cildi toplusunun çap olunmuşdur.

Çikaqo, Barselona, Pekin, İstanbul, Turin, Tokio, Durban, Seul şəhərlərində keçirilən Ümumdünya konqreslərin iştirakçısıdır.

 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram