http://monuments.az/2021/04/03/50-d%C9%99n-cox-xristian-dovru-abid%C9%99l%C9%99rinin-arginal-gork%C9%99mi-d%C9%99yisdirilib/

 

1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, tariximizin və mədəniyyətimizin bir qisminin dağıdılmasına və bir qisminin isə mənimsənilməsinə səbəb oldu. Azərbaycan ərazilərindəki xristianlığa qədər və xristianlıq dövrü abidələrinin  formalarının dəyişdirilməsi üzərində işləməyə Ermənistandakı Beynəlxalq səviyyəli İnstitutlar cəlb edildi. 28 il Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində 20 yeni erməni kilsəsi inşa edildi və 50-dən çox xristian dövrü abidələrin formaları dəyişdirildi.

 

İşğal dövrü bütün tarixi həqiqətləri inkar edən Ermənistan Hökuməti xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək erməniləşdirdilər. Erməniləşdirilmə: – Azərbaycan torpaqlarının dini, etnik, siyasi, mədəni, coğrafi və tarixi baxımdan zorakılıqla dəyişdirilərək mənimsənilməsini həyata keçirən zorakı aksiyadır.

Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:

 

"Hörmətli Baş direktor,

 

Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik.

Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram