Ağayeva Sevda, Cəfərov Mir-Namiq, Əhmədova Mərziyə, Ələsgərov Orxan, Əliyev Elçin, Garber Gunel, Hüseynov Elmir, Hüseynov Əbdül, Xəlilov Elçin, Xidirov Rauf, İsmayılov Əhməd, Qiyası Turxan, Manafsoy İlqar, Mikayılova Mexriban, Orlova-Stroqanova Anastasiya, Salixov Arif, Salixova Şəfiqə, Səmədov Ruslan, Verdiyev Fəxrəddinin diqqətinə

 

 

Hörmətli xanımlar və cənablar,

 

Müraciətinizi oxuduq və aşağıda verilən məlumatı diqqətiziə təqdim etmək istərdik.

Tərəfinizdən təqdim olunmuş siyahı üzrə:

Hörmətli həmkarlar!

 

Bir qrup həmkarımız tərəfindən Azrbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadəyə ünvanlanmış müraciətlə tanış olduq. Qaldırılan sualların bizim sədrin şəxsiyyətindən daha çox bütövlükdə Memarlar İttifaqının fəaliyyəti ilə bağlı olmasını nəzərə alaraq həmin mövzudan kənarda qala bilmərik və öz fikrimizi bildirmək istəyirik.

Müraciətin əvvəlində qeyd olunan, ölkəmizdə baş verən müsbət dəyişikliklər və xüsusilə, Prezidentimiz İlham Əliyevin, həmçinin, Birinci Vitse-prezident Mehriban Əliyevanın bu məsələlərdə rolu ilə bağlı fikirlərlə hamımız razıyıq və onların fəaliyyətini tam olaraq dəstəkləyirik. Peşə və vətəndaş vəzifələrimizi vicdanla yerinə yetirməklə, bu quruculuq işlərində biz də kömək etməyə çalışırıq.

Əlbəttə, son günlər Qala divarları ilə bağlı narahatçılıq və həyəcan bizi də biganə qoymayıbdır. Fikrimcə, Bakı əhalisinin bu barədə biganə qalmaması çox müsbət qiymətləndirilməlidir.

Təkcə İçəri Şəhər yox, təkcə Bakı şəhəri yox, ölkəmizin hər hansı bir güşəsində əsrlər boyu yaşamış tarixi irsimiz qiymətəgəlməzdir və onun qorunması təkcə cavabdehlik daşıyan məmurlarımızın yox, hər bir vətəndaşın vəzifəsidir

Previous Next

18 aprel 2019-cu il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi və “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Tədbirdə bütün çıxışlar tarix və mədəniyyət abidələrinin qorunması sahəsində həyata keçirilən layihələrdən bəhs edilib..

Daha sonra ədbirdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub. “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyası üzrə Əməkdar memar, memarlıq üzrə elmlər doktoru Zahidə Məmmədova, “Azərbaycan irsinin təbliğindəki xidmətlərinə görə” nominasiyası üzrə “Azerbaijan Airlines” bort jurnalının redaksiyası “Milli irs mükafatı”na layiq görülüb.

Previous Next

Mart ayının 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyeva ölkənin görkəmli yaradıcılıq və incəsənət xadimləri ilə görüş keçirmişlər. Görüşdə ölkə Prezidenti xalqımızın qədim mədəniyyəti, Azərbaycanda aparılan sosial siyasət, sənət adamlarının nailiyyətləri və bu istiqamətlərdə görülmüş və nəzərdə tutulmuş işlər haqqında ətraflı və məntiqli söhbət açmışdır.

Əziz və çox hörmətli həmkarlar, dostlar!

 

Hər bir yaradıcı insanın ən böyük həyati arzusu onun həmkarları, onunla bir dövrdə yaşayan insanlardan yüksək qiymət almaqdır. Bu cəhətdən özümü xoşbəxt hesab edirəm. Həyatımın hər dövründə sizlərin hörmətini və diqqətini duymuşam.

Mənə yüksək inamla və etibarla tapşırdığınız doğma İttifaqımızın möhkəmləndirilməsi və ən nüfuzlu səviyyəyə çatması üçün bacardığım dərəcədə çalışmışam və çalışacağam da.

Bu günlərdə 70 illik yubileyimlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltifimi təkcə özümə yox, hamınıza – memarlıq sənətinin xidmətində duran hər ustada şamil edirəm.

Bu uğurla bağlı hamınıza dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

Yeni, 2019-cu ili qarşılayırıq. Yeni il hər biriniz üçün, əzizləriniz üçün uğurlu olsun!

Sizin,

Elbay Qasımzadə

Respublikanın Əməkdar memarı,

“Şöhrət” və “Şərəf” ordenləri kavaleri

 

 

Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar memar, Memarlar İttifaqının İdarə heyətinin sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə “Salnamə” sənədli filmlər studiyası tərəfindən hazırlanmış “Memar” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə dövlət və hökumət üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

25 dekabr 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.

Təbrik edirik!

 

img035 1
 
 
img038

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram