Previous Next

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 1205 nömrəli Sərəncamı ilə Azərbaycan milli memarlıq sənətinin inkişafında əldə etdiyi nailliyətlərə görə, Respublikanın Əməkdar memarı, “Şöhrət” və “Şərəf” ordenləri kavaler, professor Elbay Ənvər oğlu Qasımzadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

 

 

Previous Next

25 avqust, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın doğum günü ərəfəsində Azərbaycan Avtomobil Federasiyası retro avtomobillərdə yürüş keçirilib. Yürüşdə Azərbaycanın incəsənət nümayəndələri və ziyalıları iştirak ediblər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2019-cu il 9 iyul tarixli S/01-19 nömrəli Sərəncamı ilə Azərbaycanın Beynəlxalq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Elbay Ənvər oğlu Qasımzadə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medali ilə təltif edilmişdir.

 

 

 

EQ teltif 2

Previous Next

10 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Prezident “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğulamışdır. Bakının qədim tarixi ənənələrə malik olduğunu deyən Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd etmişdir. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini vurğulayaraq qonaqların sayının durmadan artdığını bildirmişdir.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd etmişdir. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğulamışdır. Tomas Vonyer nümayəndə heyəti adından “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirmişdir. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlətimizin başçısına çatdırmışdır.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət yetirildiyini qeyd etmişdir. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirmişdir.

Previous Next

Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin dəstəyi ilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu öz işinə başlayıb. Forumun keçirilməsi qərarı 29 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMİ-nin ali rəhbərliyi ilə görüşü zamanı alınmışdır. Bu ilin 21 may tarixində həmin Forumun YUNESKO-nun mədəni irsin qorunması və tarixi şəhərlərdə kütləvi turizmin yaratdığı problemlərin həlli üzrə mandatına uyğun olduğu haqda YUNESKO-dan təsdiq məktubu alınmışdır.

AZAD ADAM...

 

Küçədə elə danışır ki,

Guya bütün insanlara mühazirəsi var;

Yaxşı da gər səsi var;

Birinin pıçıltısını kəsir,

Birinin fikir dolu sükutunu.

Elə bil hamının azadlığına tutmusan bunu.

Mərifətdən azad, hörmətdən azad,

Hər şeydən azad,

Hər şeydən xali,

Danışır ali-ali.

Qışqırır qazı-qazı,

Nadanlığın bu sevimli,

bu hürr balası.

 

Əli Kərim.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram