Previous Next

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalılar ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq olduğunu bildirib.

Bir çox ölkələr kimi, Azərbaycan da koronavirus pandemiyasının yaratdığı çətin vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi vətəndaşlarının sağlamlığının və həyati maraqlarının qorunmasına yönəlmiş qətiyyət və uzaqgörənlik nümayiş etdirib.

Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanına uyğun olaraq, əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görülmüşdür. Həmçinin, Fərmana əsasən, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və bununla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin edilməsi məqsədi ilə Azərbaycanda Koronavirus infeksiyasına qarşı mübarizə fondu yaradılmışdır.

Prezidentin təşəbbüsünü dəstəkləyəAzərbaycan Memarlar İttifaqı Koronavirusa qarşı mübarizəyə dəstəFonduna 5000 manat köçürmüşdür.

Bu çətin anda, tamamilə hərkəyoluxma təhlükəsində olduğzaman, öşəxsi təhlükəsizliyinin qayğısına qalmaqla birgə, həmdə bütügücləri birləşdirməvacibdir. Ümumi rifaha hər hansı bir töhfə - nəcib və vacib bir addımdır.

Hormətli dostlar!

 

Bu gün Azərbaycanın memarlıq sənətinin korifeyi Mikayıl Ələsgər oğlu Useynovun 115 yaşı tamam olur. Adətən bu gün biz birlikdə onun məzarını ziyarət edirik. Təəssüf ki, mövcud vəziyyət bizi bundan məhrum edib. Lakin Mikayıl müəllimin minlərlə davamçıları, onun milli memarlığımıza həsr etdiyi həyatını, sənətə sədaqətlə xidmət etməsini vətəndaşlıq nümunəsi kimi qəbul edirlər.

Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin “Salnamə” studiyası dahi ustadlar Sadıq Dadaşova və Mikayıl Useynova həsr olumuş sənədli film çəkmişdir. Biz düşünürdük ki, bu gün bu filmin premyerasını keçirək. Lakin qismət olmadı.

Atalar buyurub: Pis günün ömrü az olar. Mütləq gün gələcək və sizlərlə bərabər bu premyeranı keçirəcəyik.

Bu gün isə dahi ustadlarımızı yad edək və onların yaşadıqları mənalı həyat qarşısında minnətdarlıq ilə baş əyək.

 

Memarlar İttifaqının İdarə Heyətinin sədri

Elbay Qasımzadə

Previous Next

Bu ilin mart ayının 10-da Azərbaycan Memarlar İttifaqının bir qrup rəhbər və fəal üzvləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə görüş keçirdi. Görüş zamanı Bakı şəhərinin Baş planının hazırlanması müzakirə olundu. Baş layihəçi olan Almaniyanın “Albert Şpeer və Partnyorlar” şirkətinin nümayəndələri işin gedişatı haqqında geniş məlumat verdilər. Müzakirələrdə bir çox suallar və təkliflər səsləndirildi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə görüşün səmərəli və işgüzar səraitdə keçməsini qeyd edərək, bu əməkdaşlığın davam etdirilməsini zəruri hesab etmişlər.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası müstəqil Azərbaycan Respublikasının elminin və təhsilinin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycanın Əməkdar memarı, Professor Elbay Qasımzadəni həmin Akademiyanın həqiqi üzvü/akademiki seçmiş və Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif etmişdir.

 

Təbrik edirik!

 

TU 2

 

TU 11

 

Previous Next

11 oktyabr 2019-cu il tarixində İtaliyanın bir sıra bölgələrini təmsil edən memar və inşaatçılardan ibarət nümayəndə heyəti Azərbaycan Memarlar İttifaqında oldular. Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamladıqdan sonra onlara başçılıq etdiyi təşkilat haqqında danışdı. İtaliyalı memarlara Azərbaycan memarlığının tarixi, burada yaranmış memarlıq məktəbləri, azərbaycanlı ustaların şərq və dünya memarlığına verdikləri töhfələr barəsində məlumat verildi.

Maraqlı keçən fikir mübadilələri gedişində Bakının XIX əsr memarlığı və həmin dövrdə burada fəaliyyət göstərmiş əcnəbi memarlar xatırlandı. İtaliyalı mütəxəssislərdən Anna Semenza, İzabella Steffan və başqaları səmimi qəbula və verilən maraqlı məlumatlara görə təşəkkürlərini bildilər.

Qonaqlara AMİ-nin rəsmi nəşri olan “Memar” elmi, analitik-informasiya jurnalının yeni sayı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.

Hörmətli həmkarlar!

Əziz həmvətənlilər!

İnsan fəaliyyətinin ən zəngin, ən zərif sənət növlərinin təmsilçiləri olan memarların peşə bayramı – Ümumdünya Memarlıq Günü münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm.

Xalqımıza, dövlətimizə, sənətimizə göstərdiyiniz xidmətdə böyük müvəffəqiyyətlər arzu edirəm.

Elbay Qasımzadə

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri

20191007 110729

10 sentyabr 2019-cu ildə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Memarlar İttifaqında olmuşdur.

Görüş zamanı Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə 7-11 iyun 2019-cu il tarixlərində Bakıda keçirilən “Tarixi şəhərlərdə kütləvi turizm” Birinci Beynəlxalq Memarlıq Forumunun keçirilməsində köməklik göstərdiyinə görə şəxsən Arzu xanıma təşəkkür etdi. Bakı Media Mərkəzinin əməkdaşlarının peşəkar işi sayəsində Azərbaycan qonaqlara layiqincə təqdim edildi. Forumun açılış və bağlanış günlərində nümayiş olunan vizual şoudan bütün nümayəndələr məmnun qaldılar.

Arzu xanım Əliyevaya Azərbaycan Memarlar İttifaqının binası haqqında və xüsusilə də binanın sahibi olmuş Ağa Bala Quliyev haqqında ətraflı danışıldı, həmçinin Azərbaycan Memarlar İttifaqının fəaliyyəti və gələcək planları barədə məlumat verildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram