Memarlar İttifaqının nümayəndə heyəti plenum tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab  Vasif Talıbovun qəbulunda olub.

18 dekabr 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov Azərbaycan Memarlar İttifaqının 2014-cü il üzrə II plenumunun iştirakçılarından bir qrupunu qəbul etmişdir. Qonaqları salamlayan Ali Məclisin sədri Azərbaycan Memarlar İttifaqı Plenumunun Naxçıvanda ilk dəfə keçirildiyini bildirmiş, bu tədbirin Muxtar Respublikada memarlığın inkişafına və memarlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

16 iyul 2014-cü il tarixində "Four Seasons" otelinin "Şur" zalında Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin növbəti Plenumu keçirilmişdir. Plenumu giriş sözü ilə Mİ-nin İdarə heyətinin sədri cənab Elbay Qasımzadə açmışdır. O, Plenum iştirakçılarını salamlamış və onları Plenumun Gündəliyindəki məsələlərlə tanış etmişdir.

20 may 2014-cü il tarixində Şəki şəhərində Azərbaycan Memarlar İttifaqının Katibliyinin səyyar iclası keçirilmişdir. İclasda Şəki şəhərinin İcra hakimiyyətinin başçısı cənab Elxan Usubov, şəhərin baş memarı vəzifəsini icra edən və Şəki şəhəri İH tikinti şöbəsinin müdiri cənab Etibar Əkbərov, Azərbaycan Memarlar İttifaqının Şəki regional bölməsinin sədri cənab Seyran Məmmədov, eləcə də rayonun yaradıcı fəalları iştirak etmişlər. İclasda, Şəki şəhərinin memarlıq simasının gözəlləşdirilməsində uzun müddət səylə çalışan istedadlı memar Vidadi Lətifov Azərbaycan Memarlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Son dövrdə Şəkidə aparılan abadlıq-quruculuq işləri prosesində milli memarlıq üslubunun qorunub saxlanılması barədə Şəki İcra hakimiyyətinin başçısı cənab Elxan Usubovun çıxışı, eləcə də Şəki şəhərinin tarixi hissəsinin qorunması məsələlərinə dair və onun Dünya İrs siyahısına daxil edilməsi barədə Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi komissiyasının sədri cənab Rizvan Bayramovun çıxışı dinlənilmişdir.

İclasdan sonra Azərbaycan Memarlar İttifaqı Katibliyinin üzvləri üçün Şəki şəhərinin memarlıq baxımından diqqətəlayiq abidələri üzrə ekskursiya təşkil edilmişdir.

23 dekabr 2013-cü il tarixində saat 10:30-da "Four Seasons" mehmanxanasının "Şur" zalında Birinci Bakı Beynəlxalq memarlıq müsabiqəsinin qalibləri olan layihələrdən ibarət sərgi açıldı. Plenumun iştirakçıları, eləcə də dəvət olunmuş qonaqlar sərgilənən layihələrlə tanış oldular. Daha sonra Plenumun açılışı oldu. Plenumu giriş sözü ilə Mİ-nin İdarə heyətinin sədri cənab Elbay Qasımzadə açdı. O, Plenum iştirakçılarını salamladı və onlara Plenumun işində uğurlar arzuladı. İştirakçılar, Plenumun Gündəliyindəki məsələlərlə tanış oldular.

Mİ İdarə heyətinin sədri E. Qasımzadə çıxış edərək, görkəmli memar Şamil Fətullayevi 85 illik yubileyi münasibətilə təbrik etdi, böyük alimim memarlıq elminin inkişafına verdiyi töhfənin hələ uzun zaman bütün memarlarımız üçün örnək olacağını qeyd etdi. Daha sonra Azərbaycan Memarlar İttifaqının katibi, professor Gülçöhrə Məmmədova, İdarə heyətinin üzvü Rəna Əfəndizadə və başqaları çıxış edərək yubilyarın yaradıcılığı haqda danışdılar, ona uzun ömür arzuladılar.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram