Hörmətli həmkarlar və dostlar!

 

Son zamanlar Azərbaycan Memarlar İttifaqına «Bakı memarlıq klubu» adı ilə fəaliyyət göstərən qurum barədə tez-tez müraciətlər daxil olur. Əksəriyyətini gənclər təşkil edən həmkarlarımızın bu müraciətlərində bildirilir ki, sözügedən klubun nümayəndələri gənc memarları öz fəaliyyətlərinə cəlb etməyə cəhd göstərərək, klubun fəaliyyətinin tam qanuni olduğuna və Azərbaycan Memarlar İttifaqına çox yaxın olduğuna inandırmağa çalışırlar.

Previous Next

Son vaxtlar mətbuatda və başqa yayım mənbələrində Bakının tarixi əraziləri yerləşən keçmiş Sovetski küçəsi ətrafındakı məhəllələrdə söküntü işləri haqqında müxtəlif fikirlər söylənilir.

Burada yerləşən memarlıq tarixi əhəmiyyətli binaların yanlarındaki yararsız binalarla bir baxımla qiymətləndirilməsi şəhər sakinlərinin və mütəxəssislərin narazılığına səbəb olmuşdır.

Qaldırılan məsələlərin araşdırılması üçün Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin Sədri Elbay Qasımzadə internet vasitəsilə narazılıq edən həm sakinləri, həm də peşəkar memarları 31 may tarixində saat 12:00-da Memarlar İttifaqına dəvət etmişdir və bir qrup şəhər sakinləri ilə söhbətdən sonra əhalini narahat edən məsələlərin müzakirəsi üçün Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin növbədənkənar Plenumunun çağırılması qərarına gəlmişdir.

Previous Next

May ayının 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin «Azərbaycanda memarlıq təhsilinin müasir vəziyyəti və vəzifələr» mövzusunda 2016-cı ilin yay Plenumu keçirilimişdir.

Plenum iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Sonra qonaqlar AzMİU-nun III korpusunda tələbələrin və gənc memarların layihələrindən ibarət sərgi ilə tanış olmuşlar.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram