Previous Next

Görkəmli Azərbaycan alimi Əbdülvahab Salamzadənin xatirə gecəsi keçirildi

Fevralın 26-da Azərbaycan Memarlarİttifaqının binasında ənənəvi cümə xatirəgünləri çərçivəsində görkəmli Azərbaycanmemarı və sənətşünas alimi ƏbdülvahabSalamzadənin anım tədbiri keçirildi. Tədbiri Memarlar İttifaqı İdarə Heyətinin sədriprofessor Elbay Qasımzadə açdı:

  • Bilirsiniz ki, xatirə cümə günlərində biz Azərbaycan memarlıq sənətinin inkişafında, onun tədqiqi və tanıdılması sahəsində böyük iz qoymuş həmkarlarımızı yad edirik. Bu xatirə axşamımız Azərbaycan memarlıq sənətinin banilərindən, ən görkəmli nümayəndələrindən olan, memarlıq tarixşünaslığımızın əsaslarını qoyan böyük alimimiz akademik Əbdülvahab Salamzadəyə həsr olunub.

Bu gün bizim möhtəşəm bir qonağımız var. Görkəmli memarımız Rasim Əliyev Memarlar İttifaqına gəlib ki, Əbdülvahab Salamzadə haqqında xatirələrini söyləsin. Məmnuniyyətlə sözü ona verirəm.

Ustad memar Rasim Əliyev toplaşanlara akademik Əbdülvahab Salamzadə ilə bağlı xatirələrini danışdı: “Mən Əbdülvahab müəllim haqqında öz xatirələrimə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı ilə başlamaq istəyirəm. 1982-ci ilin güclü qar yağan bir günündə Heydər Əliyevin başçılığı ilə böyük bir nümayəndə heyəti Şuşada həmin məqbərənin açılışını etdi. Əbdülvahab Salamzadə bu mükəmməl layihəsində müasir memarlıqla milli memarlıq ənənələrimizin çox gözəl sintezini yarada bilmişdi. Çünki o həm memarlıq tariximizi və həm də müasir memarlığı yaxşı bilirdi. Onun Mikayıl Useynov və Leonid Bretanitski ilə birlikdə orta əsrlər Azərbaycan memarlıq tarixindən yazdığı monoqrafiyadan biz tələbələr çox faydalanırdıq. Əbdülvahab müəllimin özü də bzə memarlıq tarixindən dərs deyirdi. Əlbəttə, memarlıq tarixini bizə digər müəllimlər də tədris edirdilər. Amma Əbdülvahab müəllim bizə daha çox orta əsrlər Azərbaycan memarlığı haqqında olduqca maraqlı məlumatlar verirdi. Məşhur Azərbaycan memarlıq məktəbləri barəsində ilk dəfə bizə ətraflı şəkildə o danışmışdı. O hələ sovet dövründə çəkinmədən tələbələrinə deyirdi ki, Azərbaycan memarlığı çox qədimdir və bizim memarlarımız islamdan əvvəl burada digər dünya dinlərinə aid məbəd, kilsə və başqa dini memarlıq nümunələri yaratmışlar.

Əbdülvahab Salamzadə olduqca yüksək mədəniyyətə malik, insansevər, gənc nəslə böyük qayğı göstərən müəllim, insan və memar idi. Əbdülvahab müəllimi mən bu cür xatırlayıram”.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram