Bernard Tschuminin rəhbərliyi altında BMİ – HYP CUP 2016 müsabiqəsi

Memarlıq ixtisası üzrə tələbələr üçün açıq Beynəlxalq müsabiqə.

HYP16Tyanjin Universiteti və Çinin mətbuat qrupu, Urban Environmental Design (UED) bütün dünya memarlıq ixtisası tələbələri üçün açıq UIA - 2016 HYP Cup Beşinci Beynəlxalq müsabiqəsi elan edir. Müsabiqə Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təşkil olunur.

Bernard Tschumi beşinci müsabiqəyə rəhbərlik edəcək. O, bu ilki ümumi mövzu üçün istiqamət seçib - "Memarlıq - Transformasiyada"; Əsas fikri "Konsepsiya və Nəsihət" kəsişmə nöqtəsində birləşdirərək, aşağıdakı şəkildə ifadə etmişdir: Memarlıq - planları, kəsikləri, fasadları, perspektivləri, aksonometriyanı təqdim etmək üçün yalnız vizual vasitələrdən istifadə edir. Bəs hərəkət? Cisimlərin məkanda hərəkəti?

Bəs memarlıq anlayışlarında istisna olan hallara tətbiq edilə bilən üsullar mövcuddurmu? Bəs digər dörd duyğu - lamisə, səs, qoxu, hətta dad necə? Bu müsabiqədə siz, yeni üsullar fikirləşib tapacaqsınız ki, onlar nəinki cisimlərin məkanda hərəkətini əks etdirəcək, həm də sizin sxemin inkişafını istiqamətləndirən başlıca ideyaya - memarlıq konsepsiyasına gətirib çıxaracaq.

Proqram şəhər mühitinin generatoru kimi fəaliyyət göstərir. Bununla biz, bu günə qədər məlum olmayan yeni həyat tərzlərinin yaranmasına və genişlənməsinə sövq edən mühiti nəzərdə tuturuq".

Bernard Tschumi, BMİ-ni təmsil edən Çin memarı Cui Kai ilə birlikdə münsiflər heyətinə başçılıq edəcək.

MÜKAFATLAR

On iki mükafat təqdim olunacaq: 15 000 ABŞ dollarına yaxın məbləğdə birinci mükafat; hər biri 5000 ABŞ dollarına yaxın məbləğdə 3 ikinci mükafat; hər biri 1700 ABŞ dollarına yaxın məbləğdə 8 üçüncü mükafat. Bundan əlavə 20 həvəsləndirici mükafat da təqdim ediləcəkdir. Eyni zamanda, qaliblər nüfuzlu memarlıq şirkətində işləmək imkanı qazanacaqlar.

ƏSAS TARİXLƏR

Qeydiyyat üçün son tarix: 31 iyul 2016-cı il

Təşkilatçılar tərəfindən layihələrin qəbulu üçün son tarix: 31 avqust 2016-cı il

Nəticələrinin elan edilməsi: Sentyabr 2016-cı il

İştirak QAYDASI

Müsabiqə memarlıq ali məktəblərində təhsil alan tələbələr üçün açıqdır. Müsabiqənin dili - İngilis dilidir.

Qeydiyyat pulsuzdur. Layihələr rəqəmsal şəkildə elektron poçtla göndərilməlidir.

QEYDİYYAT və MƏLUMAT

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

http://hypcup2016.uedmagazine.net/

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram