İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir

2015-ci il 9 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq" müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

 

Mərasimdə ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən dəvət edilmiş çoxsaylı qonaqlar – Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya, Qırğızıstan, Özbəkistan və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etmişdir.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini cənab Ədalət Vəliyev qeyd etmişdir ki, bu gün çağdaş Azərbaycan memarlığı özündə tarixi ənənələri əks etdirməklə yanaşı, inşa edilmiş modern tikililərlə ölkəmizin tarixi görünüşünə müasir çalarlar bəxş etməkdədir. Son dövrlərdə həyata keçirilən quruculuq işləri nəticəsində Azərbaycanın müasir siması formalaşır və istər yerli sakinlərə, istərsə də ölkəmizə səfər edən qonaqlara yüksək estetik zövq verən məkanlar yaradılaraq istifadəyə verilir. Cənab Ə. Vəliyev çıxışında vurğulamışdır ki, dünyanın 37 ölkəsindən 200-dən artıq layihənin təqdim edildiyi İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin, bütün dünyada tanınmış memarlardan təşkil olunmuş Münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunmuş işlərin sayı və keyfiyyəti layihənin önəmini bir daha təsdiq edir.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini ilə yanaşı, Beynəlxalq Memarlar İttifaqının baş katibi cənab Tomas Vonier, Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə salamlama nitqləri ilə çıxış etmişdir.

Mərasimdə cari ilin 8 oktyabr tarixində Bakı şəhərində keçirilmiş, Beynəlxalq Memarlar İttifaqının Baş katibi cənab Tomas Vonierin sədrlik etdiyi və Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti cənab Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının sabiq baş katibi cənab Mişel Barmakinin və Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti cənab Hayder Alinin üzv olduğu Beynəlxalq Münsiflər Heyətinin toplantılarının nəticələri açıqlanmışdır. Nəticələrə əsasən müsabiqənin qalibləri sonrakılardır:

A  - "İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Chowdhury Kashef Mahboob "Friendship centre"  layihəsi ilə (Banqladeş);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Garcia Fernandez Monica "The Mysterious Story of the Garden that produces water" layihəsi ilə (İspaniya);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Oliveira Tiago Reis De Oliveira "Patio Huguenot" layihəsi ilə (Portuqaliya);

Qeyd edilən nominasiya üzrə mükafatları qaliblərə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov və Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti cənab Vassilis Squtas təqdim etmişlər.

B  - "Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Takuro Yamamoto "Little House with  a Big Terrace"  layihəsi ilə (Yaponiya);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Marcelino Miguel "Three Courtyards House" layihəsi ilə(Portualiya);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Humberto Conde (Hra-Lisboa Lda) "Terracos Cascais Apartment Buildings" layihəsi ilə (Portuqaliya);

Qeyd edilən nominasiya üzrə mükafatları qaliblərə Beynəlxalq Memarlar İttifaqının sabiq Baş katibi cənab Mişel Barmaki və Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə təqdim etmişlər.

C  - "Həyata keçirilmiş ən yaxşı interyer"  nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Rasim Babakişiyev  "İçəri şəhər" Tarix-memarlıq qoruğunda interyerlərin ənənəvi həlli" layihəsi ilə (Azərbaycan);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Valentirov Olexiy "V-21 apartment" layihəsi ilə (Ukrayna);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Drewes Marc Benjamin "Berliner Altbau" layihəsi ilə (Almaniya);

Qeyd edilən nominasiya üzrə mükafatlar qaliblərə Beynəlxalq Memarlar İttifaqının vitse- prezidenti cənab Hayder Ali və Azərbaycan Respublikasının Memarlar İttifaqının məsul katibi cənab Elçin Əliyev tərəfindən təqdim edilmişdir.

D  - "Həyata keçirilməmiş ən yaxşı layihə" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə  3TI LAB, Antonello Stella & Paolo Rossi "New civic Centre" layihəsi ilə (İtaliya);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Humberto Conde (Hra –Lisboa Lda) "Ocean Platform Prison Outsiders.in" layihəsi ilə (Portuqaliya);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Peretti Laura "Shebeke park in Baku" layihəsi ilə (İtaliya);

Qeyd edilən nominasiya üzrə mükafatlar qaliblərə Beynəlxalq Memarlar İttifaqının baş katibi cənab Tomas Vonier və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini cənab Ədalət Vəliyev tərəfindən təqdim olunmuşdur.

E  - "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Silva Raulino Ricardo Oliveira "Extesion of cemetery" layihəsi ilə (Portuqaliya);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Nguyen Hoang Manh "Naman retreat pure SPA" layihəsi ilə (Vyetnam);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Gascon Pepe "Squares in puigcerda" layihəsi ilə (İspaniya).

Qeyd edilən nominasiya üzrə mükafatlar qaliblərə Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının məsul katibi cənab İqor Voskresenski və Azərbaycan Respublikasının Memarlar İttifaqının katibi cənab Fərhad Mollazadə tərəfindən təqdim edilmişdir.

F  - "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Chang Yong Ter "Roll out the carpets" layihəsi ilə (Sinqapur);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənabGascon Pepe "The City as Backdrop" layihəsi ilə (İspaniya);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Vasco Matias Correia  "Tropical House" layihəsi ilə (Portuqaliya);

Qeyd edilən nominasiya üzrə qaliblərə mükafatlar Tacikistan Memarlar İttifaqının prezidenti cənab Baxrom Yusupov və Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə heyətinin üzvü cənab Rasim Babakişiyev tərəfindən təqdim edilmişdir.

G  - "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyası üzrə:

Birinci dərəcəli diplom, müsabiqənin simvolu və 4000 AZN pul mükafatı ilə cənab Cumamedel İmankulov "Qaraxanlılar dövründə türküstan memarlığı" kitabı ilə (Qırğızıstan);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənabElçin Əliyev  "XX əsrin 1920-1930-cu illərin Bakı memarlığı-konstruktivizm dövrü"" kitabı ilə (Azərbaycan);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab İqor Voskresenskiy "Memarlıq.İnşaat.Dizayn" jurnalının 2014-cü il ikinci sayı ilə  (Rusiya).

Qeyd edilən nominasiya üzrə mükafatlar qaliblərə Belorusiya Memarlar İttifaqının Prezidenti Aleksandr Korbut və Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü Elkin Ələsgərov tərəfindən təqdim edilmişdir.

Tədbirin sonunda müsabiqənin xatirə fotosu çəkilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram