BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Mollazadə F.Ə. 
(+99412) 596-9020 (iş) 

Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Bəylərov İ. X.
(+99412) 537-1132 (iş)

Ağazadə R. R. 
(+99412) 512-2125 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

20 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX Qurultayı keçirildi. Azərbaycan Memarlar İttifaqının rəhbərliyinin yeni tərkibi seçilib:

Beylarov Ilqar

Azərbaycan Memarlar İttifaqının katibi İlqar Xıdır oğlu Bəylərov 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan İnşaat mühəndisləri institutunu bitirmişdir. 1983-1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra  SSRİ  Elmlər akademiyasında  işləmiş, 1993-1998-ci illərdə ASİA PLUS Kiçik müəssisəsində director vəzifəsində çalışmışdır. Hal-hazırda "IBA GROUP" MMC memarlıq şirkətinin təsisçisi və baş direktoru.

İ.Bəylərovun  layihələri  əsasında  Bakıda «Debüt Bank»ın İnzibatı Binası, Altes Park, Altes Plaza, Sun City və bir çox başqa hündürmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi və b. şəhərlərdə Müalicə-diaqnostika Mərkəzləri və xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri və s. tikilmişdir.

İ. Bəylərov bir sıra Beynəlxalq müsabiqələrin laureatıdır.

1988-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür,  2012-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibidir.

2008-ci ildə «Ustad Memar» yüksək peşəkarlıq dərəcəsinə layiq görülmüdür.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2012-ci il tarixli Fərmanı ilə «Respublikanın Əməkdar memarı» fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən «Azərbaycan memarlığın inkişafında xidmətlərinə görə» «Şöhrət» ordeni ilə təltif edilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram