Azərbaycan Memarlar İttifaqında gənc memarların mükafatlandırılması.

11 Noyabr 2020-ci il tarixində Azərbaycan Memarlar İttifaqının binasında Gənc memarların və tələbələrin işlərinin VII Respublika memarlıq müsabiqəsininqaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirildi.

Müsabiqənin protokoluna əsasən, "Layihələr" nominasiyasında "Xan Bağı" layihəsinə görə birinci yeri tutan Manaflı İlqar və Rüstəmli Rəhimə qaliblərinə 1000 AZN məbləğində pul mükafatı və fəxri diplomlar təqdim edilib. “Azadlıq prospekti ilə A. Puşkin küçəsinin kəsişməsində ictimai sahənintəşkili" layihəsinə görə ikinci yeri tutan Nərmin Daşdəmirli 750 AZN məbləğində pul mükafatı və fəxri diplomla təltif edilib."Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni kampusu" layihəsinə görə üçüncü yeri tutan Nəcibə Məmmədova isə 500 AZN məbləğində pul mükafatı və fəxri diplom təqdim edib.

"Elmi Tədqiqat" nominasiyasının qalibi isə “Eşitmə qüsurlu fərdlərin tədris məkanlarında akustik mühit” elmi işinə görə Üzeyirli Zəkəriyyə oldu. Mükafatlandırma zamanı hərbi xidmətdə olması ilə əlaqədar Memarlar İttifaqına onun valideynləri dəvət olunmuş və 1000 AZN məbləğində pul mükafatı və fəxri diplom onlata təqdim edilmişdir.

Həmçinin Sofiyada XVI Ümumdünya İnterarch 2020 memarlıq Biennalesində iştirak etmiş Daşdəmirli Nərmin, Babazadə Fatimə və İsgəndərli Lalə fəxri diplomlar təqdim olunmuşdur.  

XVI Ümumdünya memarlıq biennalesi – 2020-ci ilin ən mühüm memarlıq hadisələrindən biridir. Bütün dünya memarlarının və tələbələrin peşəkar iştirakı ilə keçirilən.bu açıq beynəlxalq forum, müasir dünya memarlığının tendensiyalarının və nailiyyətlərinin panoramasını təmsil edir.

 

Narmin Dashdamirli   Fatima Babazade   Lala Iskandarli

 

 

Bütün qalibləri təbrik edir və gələcək uğurlar arzulayırıq.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram