Previous Next

Gənc memarların və tələbələrin işlərinin VI Respublika müsabiqəsinin nəticələri

27 iyul 2019-cu il tarixində Ağ Şəhərdə yerləşən "White Gallery & Art school" qalereyasında“Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə Gənc memarların və tələbələrin işlərindən ibarət VI Respublika memarlıq müsabiqəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbаy Qasımzadə qonaqları və iştirakçıları salamladı. O qeyd etdi ki, Azərbaycan Memarlar İttifaqı gəncləri həvəsləndirmək məqsədilə keçirilən tədbirləri hər zaman dəstəkləməyə hazırdır.

Sonra Gənc Memarlar və Tələbələr Klubunun Prezidenti Şeyda Novruzzadə çıxış edərək, tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Memarlar İttifaqına təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu il müsabiqəyə ümumilikdə 40 iş təqdim olunub.

İyulun 26-da müsabiqənin Münsiflər heyətinin iclası keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən olunub:

Birinci yer 1500 AZN pul mükafatı və fəxri diplom – “Babylon Towers” layihəsinə görə Nicat Nusalov və Sona Məmmədzadə

İkinci yer 1000 AZN pul mükafatı və fəxri diplom –“Xətai Krematorium” layihəsinə görə Nailə Səfərli

Üçüncü yer 750 AZN pul mükafatı və fəxri diplom –“Sınıq Qaya akvaterium konsepti” layihəsinə görə Kamran Sultanlı

 

GMVI 11   GMVI 10

 

Bundan əlavə, müsabiqədə fərqlənən işlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Təhsil nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, “Bakı Ağ Şəhər”-nin fəxri diplomlarına və müxtəlif mükafatlara layiq görülmüşlər.

 

GMVI 12   GMVI 13   GMVI 14
         
GMVI 15   GMVI 16   GMVI 17

 

Həmcinin, müsabiqə çərçivəsində “İlin tələbəsi” fəxri adının verilməsi mərasimi keçirilmişdir. Bu il bu ada 10 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetinin və 6 nəfər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəal və əlaçı tələbələri layiq görülmüşlər.

 

IT 1   IT 2   IT 3

 

IT 4   IT 5

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)