Previous Next

Gənc memarların və tələbələrin işlərinin IV Respublika müsabiqəsinin nəticələri

«Gənc Memarlar və Tələbələr Klubunun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə, 28 iyul tarixində «Qız Qalası» incəsənət qalereyasında, Gənc memarların və tələbələrin işlərinin IV Respublika müsabiqəsinə təqdim olunan layihələrin sərgisi keçirilib.

Müsabiqənin əsas məqsədi gələcəkdə beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin geniş kütləyə və potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.

Bu il müsabiqəyə ümumilikdə 40 iş təqdim olunub.

İyulun 27-də müsabiqənin Münsiflər heyətinin iclası keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən olunub:

 

 

I yer – Xanım Əziz «Sumqayıt şəhərində Opera və Balet Teatrı» layihəsinə görə.

 

1 yer

 

II yer – Təhminə Əzimzadə «Məhəllə» layihəsinə görə.

 

2 yer

  

III yer – Fidan Əlizadə  «Lənkəran şəhərində Dəniz vağzalı» layihəsinə görə.

 

3 yer

 

Bundan əlavə, bir sıra memarlıq şirkətləri tərəfindən həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Müsabiqədə fərqlənən işlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin, Gənclər və İdman nazirliyinin, Təhsil nazirliyinin, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri diplomlarına layiq görülmüşlər.    

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)