Memarlıq Universitetlərinin tələbələrinin və məzunlarının işlərinin IV Respublika müsabiqəsi

Ümumi müddəalar

Müsabiqə “Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilir. Bu, açıq müsabiqə olub, ildə bir dəfə, tədris ilinin sonunda keçirilir. Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqədə Respublikamızın gənc memarları – memarlıq universitetlərinin tələbələri və məzunları iştirak edə bilərlər (29 yaş həddində).

Müsabiqəyə fərdi layihələr, eləcə də kollektiv sürətdə layihələndirilmiş işlər (qrup üzvlərinin sayı məhdud deyil) qəbul olunur. Müsabiqədə bir iştirakçı bir neçə layihə ilə iştirak edə bilər.

Məqsəd və vəzifələr

Müsabiqənin əsas məqsədi gələcəkdə beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin geniş kütləyə və potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.

Müsabiqədə iştirak

Müsabiqədə bütün konseptlər, ideya və layihələrdə - kurs işləri (tələbələr üçün), diplom işləri (məzunlar üçün), fərdi işlər və s. ilə iştirak etmək olar.

Müsabiqədə iştirak üçün müraciətlər Azərbaycan Memarlar İttifaqında (Bakı, M. Muxtarov küçəsi, 24), eləcə də Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanı vasitəsi ilə qəbul olunur.

İştirakçının ərizə formasını Azərbaycan Memarlar İttifaqının saytından www.uaa.az yükləmək olar. Qeydiyyatdan keçmək üçün doldurulmuş ərizə formasını yuxarıda göstərilən elektron ünvana göndərmək kifayətdir. Müraciətlər azərbaycan və rus dilində qəbul olunur, lakin layihə haqda ingilis dilində qısa şərh vacibdir (1000 sözdən artıq olmamaq şərtilə). Qrafik materiallar 60x80 sm olan planşetlərdə (2 planşetdən artıq olmamaq şərtilə) təqdim olunur.

           Münsiflər heyəti

Müsabiqənin münsiflər heyətiniAzərbaycan Memarlar İttifaqının İdarə heyəti təmsil edəcək.

          Müddət

           Müsabiqənin elan olunması tarixi – 22 iyun 2017-ci il.

           Layihələrin təqdim olunması üçün son tarix – 21 iyul 2017-ci il.

           Müsabiqənin nəticələrinin elan olunması – 28 iyul 2017-ci il.

Müsabiqənin qalibləri ücün mükafat fondu və diplomlar nəzərdə tutulmuşdur:

1-ci mükafat – 1000 Azn

2-ci mükafat – 600 Azn

3-ci mükafat – 300 Azn

10 diplom

 

Əlavə məlumat ücün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)