Azərbaycan Memarlar İttifaqı yanında Tələbə Klubunun ƏSASNAMƏSİ və Qəbul Qaydaları

Azərbaycan Memarlar  İttifaqı Katibliyinin

19 iyun 2013-cü il tarixliqərarı ilə

                  TƏSDİQ OLUNMUŞDUR

 

 

                        Azərbaycan Memarlar İttifaqı yanında Tələbə Klubunun

                                                           ƏSASNAMƏSİ         

 

 

MƏRAMLAR, MƏQSƏDLƏR VƏ HÜQUQLAR.

 

1.Klubun əsas məramları:

 

1.1. Gənc memarların birləşdirilməsi və fəallıqlarının artırılması.

1.2. Gənc memarların təhsili və peşəkarlıqlarının artırılması üçün münbit şəraitin yaradılması.

1.3. Müxtəlif yaradıcı, elmi və təhsil proqramlarının həyata keçirilməsi üçün zəmin yaradılması.

 

2.Klubun əsas məqsədləri:

 

2.1. Memarlıq təhsilinin inkişafına və təkmilləşdirilməsinə şərait yaradılması (seminarlar, ustad dərslər, ən yeni kompyuter layihələndirilməsi üsullarının təbliği).

2.2. Gənc memarların yaradıcılıq inkişafına kömək göstərilməsi.

2.3. Gənc memarların (memarlıq təhsil ocaqlarının tələbələrinin) əsərlərinin nümayişi və baxışların, seminar, diskussiya, görüşlərin və ekskursiyaların keçirilməsi.

2.4. Xarici yaradıcı təşkilatlar, həmkar və ortaqlar ilə işgüzar və yaradıcı əlaqələrin inkişafı ( müxtəlif beynəlxalq müsabiqələrdə, festivallarda, konfranslarda iştirak etmək).

 

3.Klubun hüquqları:

 

3.1.  Memarlıq və şəhərsalma məsələləri ilə bağlı görüş, seminar, konfrans, simpoziumların keçirilməsi , həmçinin xaricdə keçirilən analojı tədbirlərə nümayəndə göndərilməsi.

3.2. Nizamnamə məqsədlərinin həyata keçirilməsi məqsədi ilə memarlıq sənətinin görkəmli xadimləri ilə görüşlərinvə yaradıcılıq gecələrinin təşkili və həyata keçirilməsi, baxış-müsabiqələrin, beynəlxalq və yerli səviyyəli tədbirlərin keçirilməsi.

3.3. Elmi, mühazirə, maarifləndirmə və təhsil fəaliyyətini həyata keçirmək. 

3.4. “Tələbə Klubu”nun fəaliyyətini təbliğ etmək və onun haqqında məlumatın yayılması.

 

4.Klubun üzvləri qarşısında qoyulan tələblər:

 

4.1. Klubun fəaliyyəti ilə bağlı təkliflərinin irəli sürülməsi , həmçinin Klubun bütün problemlərinin müzakirəsində iştirak etmək.

4.2. Klub tərəfindən təşkil olunan bütün tədbirlərdə iştirak etmək.

4.3. Klubun fəaliyyəti haqqında lazımi məlumatın əldə edilməsi.

4.4. “Tələbə Klubu”nun və Memarlar İttifaqının nizamnamələrinin tələblərinə əməl etmək.

4.5. “Tələbə Klubu”nun fəaliyyətində iştirak etmək.

 

QƏBUL QAYDALARI

 

Azərbaycan Memarlar İttifaqı yanında Tələbə Klubuna Memarlıq sənəti üzrə təhsil alan hər bir tələbə qəbul ola bilər.

 

Tələbə Klubuna üzv olmaq üçün aşağıdakı sənədlər təqdim olunur:

  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. Tələbə vəsiqəsinin surəti;
  3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)