Previous Next

27 iyul 2018-ci il tarixində Qız Qalası Qalereyasında “Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə Gənc memarların və tələbələrin işlərindən ibarət V Respublika memarlıq müsabiqəsi keçirildi.

Müsabiqədə Respublikamızın 29 yaş həddində gənc memarları və tələbələri iştirak ediblər. İştirakçılar müsabiqədə bütün konseptlər, ideya və layihələrlə - kurs işləri, diplom işləri, fərdi işlər və s. ilə iştirak etmişlər.

Ümumi müddəalar

Müsabiqə “Gənc Memarlar və Tələbələr Klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilir. Bu, açıq müsabiqə olub, ildə bir dəfə, tədris ilinin sonunda keçirilir. Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqədə Respublikamızın gənc memarları – memarlıq universitetlərinin tələbələri və məzunları iştirak edə bilərlər (29 yaş həddində).

Müsabiqəyə fərdi layihələr, eləcə də kollektiv sürətdə layihələndirilmiş işlər (qrup üzvlərinin sayı məhdud deyil) qəbul olunur. Müsabiqədə bir iştirakçı bir neçə layihə ilə iştirak edə bilər.

Previous Next

17 fevral 2018-ci il tarixində Gənclər Günü münasibəti ilə Azərbaycan Memarlar İttifaqının nəzdində fəaliyyət göstərən Gənc Memarlar və Tələbələr Klubunun ənənəvi “İlin ən yaxşı tələbəsi” mükafatlarının təqdimetmə mərasimi keçirildi.

Bu il təltiflərə layiq görülən 21 fəal və əlaçı tələbələrin adları Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təqdim olunub.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)