DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ AZƏRBAYCAN MEMARLAR İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır.