Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin (BMAM)

büro iclası

 

28 may 2015-ci il tarixində BMAM-ın bürosunun iclası keçirilib. Orada, akademiyanın müxbir üzvü Elbay Qasımzadə Azərbaycanda BMAM-ın Akademik Mərkəzinin təsis edilməsi barədə müraciətlə çıxış edib. İclasın gedişatında Elbay Qasımzadənin müraciətinin dəstəklənməsi barədə qərar qəbul edilib.

 

BMAM-ın Akademik bürosunun iclası

 

 

10 dekabr 2015-ci ildə  Moskvada BMAM-ın Akademik bürosunun iclası keçirilib. İclasda BMAM-a  seçkilərlə əlaqədar,  Bakıda BMAM-ın Akademik Mərkəzinin yaradılması və Mərkəzin rəhbərinin təyin edilməsi barədə məsələlər müzakirə olunub.

Səsvermə nəticəsində BMAM-ın üzvlüyünə və rotasiyalara təqdim olunan namizədlərin siyahısı qəbul edilib.

Sessiyada qəbul olunan qərara əsasən Azərbaycanın səkkiz tanınmış memarları Akademiyanın professorları seçilmişlər: Amenzadə Raihə Barxudar qızı, Bayramov Rizvan Mustafa oğlu, Hacıyeva Səbinə Xalid qızı, İmaməliyev Nəriman Məcid oğlu, Məmmədov Fazil Qulam oğlu, Məmmədova Gülçöhrə Hüseyn qızı, Məmmədova Zahidə Gülməmməd qızı, Mollazadə Fərhad Ədhəm oğlu.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Akademiyanın həqiqi üzvü seçilib.

Həmçinin, Bakı şəhərində BMAM-ın Akademik Mərkəzinin təsis edilməsi və Elbay Ənvər oğlu Qasımzadənin Azərbaycan Akademik Mərkəzinin rəhbəri təsdiq edilməsi barədə qərar qəbul edilib.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)

UAA - Facebook / UAA - Instagram