Previous Next

Bakı Akademik Mərkəzində Şura toplantısı keçirilib

27 noyabr 2020-ci ildə Azərbaycan Memarlar İttifaqının binasında Beynəlxalq Memarlıq Akademiyası Bakı Akademik Mərkəzinin (BAM) növbəti Şura toplantısı keçirildi. Toplantıda BMAM-ın akademiki Elbay Qasımzadə, BMAM-ın Bakı Akademik Mərkəzinin büro üzvləri – BMAM-ın müxbir üzvü Səbinə Hacıyeva və BMAM-ın professoru Nəriman İmaməliyev iştirak ediblər.

Şura toplantısının gündəliyində: BMAM-ın yeni seçilmiş müxbir üzvünün və professorlarının təbrik edilməsi; BMAM professorluğuna namizədlərin irəli sürülməsi; rotasiya qaydasında BMAM müxbir üzvlüyünə  və akademikliyinə namizədlərin verilməsi məsələləri müzakirə olunmuşdur.

BMAM-ın həqiqi üzvü Elbay Qasımzadə toplantının gündəliyində duran birinci məsələ ilə bağlı qeyd etdi ki, 27 avqust 2020-ci il tarixində BMAM-ın növbəti onlayn sessiyası keçirilmiş və burada Samirə Abdullayeva, Faiq İsmayılov, Cahangir Axundov və Vasili Kobulia (Gürcüstan) BMAM-ın professoru, Şəhla Qəhrəmanova isə müxbir üzvü qəbul edilmişlər. Yeni üzvlərə diplom və vəsiqələrin təqdimatı oldu.

Sonra, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Rahibə Əliyevanın və Azərbaycanın əməkdar memarı Fəxrəddin Miralayevin namizədliyi BMAM-ın professoru seçilmək üçün irəli sürülüb.Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Nərgiz Abdullayevanın və Dövlət Şəhərsalma və Memarlıq Komitəsi sədrinin müavini İlqar İsbatovun namizədliyi BMAM-ın müxbir üzvlüyünə rotasiya üçün irəli sürülüb.Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhra Məmmədovun namizədliyi BMAM-ın həqiqi üzvlüyünə rotasiya üçün irəli sürülmüşdür.

Sonda toplantı iştirakçıları milli memarlıq irsimizin bir sıra aktual məsələləri ilə bağlı geniş fikir mübadiləsi apardılar. 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram