Previous Next

Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin Şuranın payız iclası

26 oktyabr 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqında BMAM-ın Bakı Akademik Mərkəzinin Şura iclası keçirilib.

İclasın gündəliyindəki BMAM-ın müxbir üzvlüyünə rotasiya məsələsini müzakirə edərkən BMAM-ın professorları Raihə Amenzadənin və Fərhad Mollazadənin namizədlikləri təklif olunub. Həmçinin Elturan Avalovun, Şəhla Qəhrəmanovanın, Vidadi Muradovun və Kamal Musaxanovun namizədlikləri BMAM-ın professoru seçilmək üçün irəli sürülüb. Təkliflər səsə qoyulduqdan sonra irəli sürülən namizədlərin BMAM-ya qəbul edilməsi üçün sənədlərinin Moskvaya göndərilməsi qərara alınıb.

İclasda həmçinin XII. 2016 - X.2018-ci il dövrü ərzində görülən işlər barədə Bakı Akademik Mərkəzinin elmi katibi Səbinə Hacıyevanın hesabatı dinlənilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)

UAA - Facebook / UAA - Instagram