Previous Next

Bakıda Beynəlxalq Memarlıq Akademiyasının Akademik Mərkəzinin yaz iclası

13 aprel 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqında BMAM-ın Bakı Akademik Mərkəzinin Şura iclası keçirilib.

İclasın gedişində BMAM-ın müxbir üzvlüyünə rotasiya məsələsini müzakirə edərkən BMAM-ın professorları Gülçöhrə Məmmədova, Səbinə Hacıyeva və Rizvan Bayramovun namizədlikləri təklif olunub. Həmçinin BMAM-ın professoru seçilmək üçün Nərmin Yusifli, Aytən Səlimova və Xəlil Cəfərovun namizədlikləri irəli sürülüb. Təkliflər səsə qoyulduqdan sonra irəli sürülən memarların namizədliklərinin qəbul edilməsi qərara alınıb.

Sonra Şura üzvləri elmi nəşrlər barədə və xarici ölkələrin aparıcı memarları ilə görüşlər və onlarla ustad dərslərin təşkili üzərində işi davam etdirmək məsələlərini müzakirə etdilər. Şura üzvləri "Memar" jurnalının BMAM-ın təbliğində əhəmiyyətini qeyd etdilər və aparıcı xarici memarlarla ustad dərslərin keçirilməsi üzrə təklifi dəstəklədilər. Həmçinin Şura, memarlıq haqda kitabların nəşri üzrə prioritet istiqamətləri müəyyən etdilər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)

UAA - Facebook / UAA - Instagram