Previous Next

Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Şurasının iclası keçirilib

17 aprel 2018-ci il tarixində Moskvada, Mərkəzi Memarlar Evində BMAM-ın Akademik Şurasının iclası keçirilib

İclas zamanı, BMAM-ın fəaliyyət istiqamətləri və xarakteri, Prezidentin seçilməsi proseduru və s. haqqında müzakirələr aparılmışdır.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri BMAM-ın akademiki Elbay Qasımzadə, BMAM-ın Akademik Şurasının toplantısının gündəliyinə Bakı Akademik Mərkəzindən BMAM-a yeni üzvlərin seçilməsi və rotasiyası məsələsini daxil etmək təklifi ilə çıxış etmişdir.

Səsvermə nəticəsində BMAM-a üzv olmaq və rotasiya üçün Bakı Akademik Mərkəzindən təklif olunan namizədlərin siyahıları təsdiq edilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)

UAA - Facebook / UAA - Instagram