Previous Next

Bakıda Beynəlxalq Memarlıq Akademiyasının Akademik Mərkəzi açılıb

Aprelin 1-də Bakıda Beynəlxalq Memarlar Akademiyasının Moskva bölməsinin Azərbaycan Akademik Mərkəzi açılıb.

 

Respublikanın tanınmış memarlarının iştirakı ilə Azərbaycan Memarlar İttifaqında BMA-nın Moskva bölməsinin Azərbaycan Akademik Mərkəzinin birinci sessiyası keçirilib.

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə 1987-ci ildən fəaliyyət göstərən Beynəlxalq Memarlıq Akademiyasının BMT, UNESCO və Beynəlxalq Memarlar İttifaqı tərəfindən təsis olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Memarlıq Akademiyasının Moskva, Paris, Tokio, Çikaqo, Roma, İstanbul və Sürix şəhərlərində yerli şöbələri var. Sözügedən şöbələr də öz növbəsində iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə milli mərkəzlərini açır. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Mərkəzinin məhz Bakıda açılması respublikamızda memarlığın inkişafı, sürətlə gedən tikinti-quruculuq işləri ilə sıx bağlıdır.

Sonra oclasda Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorları adına layiq görülmüş memarlara akademiyanın fəxri diplomları və döş nişanları təqdim edilib.

İlk sessiyada Akademik Mərkəzin Büro üzvləri səsvermə yolu ilə seçilib: Mərkəzin memarlıq elmi üzrə kuratoru – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, memarlıq təcrübəsi üzrə kuratoru – Respublikanın Əməkdar memarı Nəriman İmaməliyev, Mərkəzin elmi katibi – AzMİU-nun kafedra müdiri Səbinə Hacıyeva. Akademik Milli Mərkəzin rəhbəri yekdilliklə Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə secilib.

Tədbir iştirakçıları BMAM-ın Azərbaycan Akademik Mərkəzinin açılmasını respublikanın ictimai-siyasi həyatında əlamətdar bir hadisə olduğunu və milli memarlığın inkişafına böyük töhfə verəcəyini qeyd ediblər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)

UAA - Facebook / UAA - Instagram