17 dekabr 2020-ci il tarixində BMAM-ın Akademik Şurasının növbəti onlayn iclası keçirildi.
İclasda BMAM üzvlüyünə namizədlərin (professorlar, müxbir üzvlər, həqiqi üzvlər) seçilməsi məsələsi müzakirə olundu. BMAM-ın Akademik Mərkəzləri rəhbərlərinin görülmüş işlər barədə və BMAM üzvləri tərəfindən üzvlük haqlarının ödənilməsi üzrə vəzifələrin yerinə yetirilməsi barədə hesabatları dinlənildi. BMAM-ın bölmə üzvlərinin 11-13 noyabr 2020-ci il tarixində Moskvada keçirilən "Zodcestvo" Beynəlxalq festivalında iştirakının nəticələri açıqlandı. 2021-ci il - MDB-də Memarlıq və şəhərsalma ilinə həsr olunmuş tədbirlərdə BMAM-ın iştirakına dair təkliflərə baxıldı.
İclas zamanı BMAM-ın Bakı Akademik Mərkəzinin rəhbəri, akademik Elbay Qasımzadə BAM tərəfindən görülmüş işlər üzrə hesabatla çıxış etdi və iclas iştirakçılkarını 2021-ci il üçün nəzərdə tutulan tədbirlər planı haqda, eləcə də Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi haqda məlumatlandırdı.
BAM-dan Akademiyaya üzv olmaq üçün 5 namizəd təklif edilmiş və səsvermənin nəticələrinə görə Rahibə Əliyeva və Fəxrəddin Miralayev BMAM-ın professorları, Nərgiz Abdullayeva və İlqar İsbatov müxbir üzvləri, Gülçöhrə Məmmədova BMAM-ın həqiqi üzvü seçilmişlər.
Biz həmkarlarımızı təbrik edir və onlara gələcək yaradıcılıq uğurları arzulayırıq.