Konfransda iştirak etmək üçün ölkəmizə Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya, Qırğızıstan, Özbəkistan və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının prezidentləri toplanmışlar. 8 oktyabrda Azərbaycan Memarlar İttifaqında keçirilən konfransda  Memarlar İttifaqları Beynəlxalq Assosiasiyasının rəhbərliyi də iştirak etmişdir. Konfransın gündəliyi üzrə işə başlayan Koordinasiya Şurası,  MİBA-nın yaradıcılıq fəaliyyəti haqda hesabatı dinləmiş, sonra 2016-cı il üzrə tədbirlər planının layihəsinə baxılmışdır.

Gündəlikdəki digər məsələ üzrə 2015-2016-cı illər üçün Assosiasiyaya yeni rəhbərlik seçilmişdir. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə yekdilliklə Assosiasiyanın prezidenti, Belorus Memarlar İttifaqının prezidenti Aleksandr Korbut Assosiasiyanın vitse-prezidenti, İqor Voskresenski Assosiasiyanın məsul katibi, Yuri Kalmıkov revizoru seçilmişlər.

Bundan başqa, gələn il MİBA-nın V Konfransının keçiriləcəyi yer - Mİnsk şəhəri müəyyən olunmuşdur.

Previous Next

3-5 oktyabr 2013-cü il tarixlərində Almatı şəhərində Memarlar İttifaqları Beynəlxalq Assosiasiyasının Koordinasiya Şurasının növbəti iclası keçirilmişdir. Almatı şəhərinin Sərgi Mərkəzində Qazaxstanın və bəzi MDB ölkələrinin memarlarının layihələrinin və həyata keçirilmiş memarlıq əsərlərinin ekspozisiyası təşkil olunmuşdur. Koordinasiya Şurasının işində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə iştirak etmişdir.

mi2

     
mi3   mi7

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)