Praqada BMİ II REGION seksiya üzvlərinin prezidentlərinin GÖRÜŞÜ

Praqa 2

 

7 aprel 2017-ci ildə Praqada, Beynəlxalq Memarlar İttifaqının II region seksiya üzvlərinin prezidentlərinin növbəti baş tutdu. Görüş, Praqada Çexiya Texniki Universitetinin Memarlıq fakültəsinin binasında keçirildi.

Əvvəlcə, Çexiya Memarlar Assosiasiyasının prezidenti Oleq Haman iştirakçılara və Beynəlxalq Memarlar İttifaqına təşəkkür etdi və Görüşün keçirilməsində uğurlar  arzuladı.

BMİ II Region üzrə vitse-prezidenti Deniz İncedayi, öz növbəsində, iştirakçıları salamlayaraq, Çexiya Memarlar Assosiasiyasının prezidenti Oleq Hamana və vitse-prezidenti Karel Smeykala ideya və qəvət üçün, eləcə də BMİ-yə qayıtmalarına görə təşəkkür etdi. O, Türkiyə Memarlar İttifaqı prezidentinin salamlarını və tədbirə qatıla bilmədiyi üçün təəssüflərini çatdırdı; O, "Məsuliyyətli Memarlıq" konfransının keçirilmə yeri və təşkili üçün Praqa Texniki Universiteti Memarlıq Fakültəsinin Dekanına minnətdarlığını bildirdi və konfransa dəstək olan hər kəsə təşəkkür etdi.

Tədbir zamanı aşağıdakı məsələlər müzakirə edildi:

  • BMİ və II Region qarşısında duran problemlər;
  • Qarşıdakı 2-3 iyun 2017-ci ildə Bakıda keçiriləcək növbəti görüş üçün hazırlıq;
  • 2017-ci ildə Seulda keçiriləcək BMİ Konqresinə hazırlıq;
  • I və II region arasındakı əməkdaşlıq, yeni ideyalar (Seul sərgisi, büdcə, işlərin müzakirəsi);
  • Solonikidə (4 noyabrBMİ IIregion Şurasınınsoniclasınıngündəliyininvə protokolununqəbuluvə bir çbaşqaməsələlər.

BMİ II Region seksiya üzvləri prezidentlərinin növbəti görüşü 2-3 İyun 2017-ci ildə Bakıda baş tutacaq.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)