Beynalxalq Memarlar İttifaqının Region II Prezidentlərin Krakovda göruşü

KR

15-16 oktyabr 2015-ci il, Polşanin Krakov şəhərində Beynalxalq Memarlar İttifaqının II Regionun Prezidentlərin göruşü keçirilmişdir.

Prezidentlərin görüşündə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Slovakiya, Sloveniya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Belarus, Livan, Ukrayna və Azərbaycan memarlıq İttifaqlarının və Palatalarının nümayəndə heyətləri iştirak edib.

Krakovda Azərbaycan Memarlar İttifaqını, İdarə Heyətinin Sədri Elbay Qasımzadə təmsil edib.

Görüşdə mədəni irs abidələrinin hərbi əməliyyatlar nəticəsində dağıdılması, BMİ-nin II Regionuna daxil olan ölkələrində (Suriya, İraq, Əfqanıstan, Ukrayna), memarlıq təhsili sisteminin təkmilləşdirilməsi, I Regiondaki vəziyyət (BMİ-dan Almaniyanın, Hollandiyanın, Avstriyanın çıxışı) və b. məsələlər müzakirə olunub.

Həmçinin II Regionun vitse-prezidenti Deniz İncedayi öz cıxışında bildirib ki, mədəni irsin qorunması işində yeni ideyalara ehtiyac var.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)