Previous Next

Bakıda Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin Müşavirəsi.

İyunun 2-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib. Tədbir Beynəlxalq Memarlar İttifaqı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Beynəlxalq Memarlar İttifaqı – 1948-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. O, dünyanın 130 ölkəsində peşəkar memarlar assosiasiyalarını birləşdirir. Müşavirədə iştirak etmək üçün dünyanın 15 ölkəsindən (Belarus, Macarıstan, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Latviya, Livan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Çexiya, Estoniya) Bakıya memarlar gəlmişlər.

Görüşdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinə gəldikdə iştirakçılar əvvəlcə "Azərbaycan Memarlığı" sərgi ilə tanış olmuşlar.

 Müşavirəni açan Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.

Elbay Qasımzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Memarlar İttifaqının fəxri üzvü seçildiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.

Sonra isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, BMİ II region vitse-prezidenti Dəniz İncədayı və digər rəsmi şəxslərin çıxışları olub.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)