5 mart 2020-ci il tarixində Budapeştdə (Macarıstan) Macarıstan Memarlar Assosiasiyasının təşkilatçılığı ilə BMİ-nin II Region üzrə iclası keçirilib. İclasın əsas mövzuları bunlar idi: keçən ilki proqramlar/memarlıq tədbirləri ilə bağlı təqdimatlar və tövsiyyələr, BMİ-nin Rio-de-Janeyro Konqresinə hazırlıq və BMİ nizamnaməsinə ediləcək dəyişikliklərin müzakirəsi.
Müşavirənin gedişində görüş iştirakçılarına müxtəlif üzv-ölkələrin son tədbir və proqramları haqqında ətraflı hesabatlar, Nikos Fintikakisin son 3 il üzrə ətraflı məlumatı və s. təqdim edilmişdir. Həmçinin, BMİ-nin prezidentliyinə bir neçə namizədin təqdimatları dinlənilmiş, hazırki prezident Tomas Vonye, BMİ-nın hazırki baş katibi Şerban Tiqanas və Region III Şura üzvü Joze-Luis Kortes Delqado öz təqdimatları ilə çıxış etmişlər.
Müşavirənin ilk gününün sonunda beynəlxalq assosiasiyaların (BAUA, V4, UMAR) prezidentləri qısa, lakin çox səmərəli və maraqlı təqdimatlarla çıxış etmişlər. Uğurla təqdim olunan çoxsaylı layihələrlə yanaşı, iştirakçılar problem və vəzifələrin oxşar olduğunu, əməkdaşlığın gələcəkdə də davam etməsinin zəruriliyini bildiriblər.
Mart ayının 6-da konfrans mərkəzində “Şəfaverici memarlıq” mövzusunda Beynəlxalq Memarlıq konfransı keçirilib. Konfrans Krizsan Andras (Macarıstan Memarlar Assosiasiyasının Prezidenti) və Tomas Vonier (BMİ-nin Prezidenti), Nikos Fintikakis (BMİ-nin II Region üzrə vitse-prezidenti) və Zsolt Füleky (Dövlət Katibinin müavini) tərəfindən salamlama nitqi ilə açılıb. Tanınmış memarların təqdim etdiyi maraqlı və aktual mühazirələr dinlənilib.
Konfransın son proqramı olaraq, macar memarların müşayiəti ilə yeni Puskas Arenaya ekskursiya baş tutub.