Bu yaxınlarda https://octagon.media/ saytında Elçin Əliyevlə növbəti intervyu yayımlanmışdır və bu ictimaiyyətin qəzəb dalğasına səbəb olmuşdur. Vətəni işğalçılardan azad etmək uğrunda mübarizədə adlarını əbədiləşdirmiş şanlı Azərbaycan övladlarının ölümündən bəri qırxıncı günü gözləmədən, anaların, bacıların, ömür-gün yoldaşlarının, qızların itirdikləri yaxınları üçün axıtdıqları göz yaşlarının qurumasına imkan vermədən Elçin Əliyev, torpağımıza qəm-kədər gətirənlərlə əməkdaşlığa başlamağı təklif edir. Düşmənin vaxtilə Azərbaycanda yaşamış keçmiş nümayəndələrini tərifləyərək, onlara dağıdılmış şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin və təhqir edilmiş ziyarətgahlarımızın bərpasında iştirak etməyi təklif edir.

İctimaiyyətin qəzəbli müraciətləri içərisində hisslərin ifadəsi baxımından ən mədəni olan Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin Bəyanatını dərc edirik və həmkarlarımızı sonrakı açıqlamalarla tanış edəcəyimizə söz veririk.

 

Bayanat A 1

 

Bayanat A 2

Azərbaycan Memarlar İttifaqının üzvləri Azərbaycan Respublikasının Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərində memarlıq abidələrinin acınacaqlı vəziyyəti ilə əlaqədar beynəlxalq mədəni irs təşkilatlarına müraciət etmişlər: World Monuments Fund; OWHC: The Organization of World Heritage Cities; United Heritage; United States Committee of the International Council on Monuments and Sites; International Council on Monuments and Sites; UNESCO; Cultural Heritage without Borders (CHwB); University of Minnesota Center for World Heritage; Yangon Heritage Trust; Association for Heritage Interpretation.

 

Azərbaycan Memarlar İttifaqının üzvlərinin

dünya mədəni irs təşkilatlarına

M  Ü  R  A  C  İ  Ə  T  İ

 

1992-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlumdur. Bu problemin yaranması Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində meydana gəlmişdir. Mahiyyət etibarı ilə münaqişənin nəticəsindən faydalanmaq istəyən Ermənistan, Azərbaycanın 20% ərazisini, o cümlədən Dağlıq Qarabağı eyni zamanda Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam və Kəlbəcər rayonlarını işğal etmişdir.

Erməni işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, Ermənistan bu sahədə BMT-nin  səylərinə və çağırışlarına məhəl qoymur. Ermənistanın işğalı nəticəsində bu ərazilərdə Azərbaycanın 23 muzeyinə məxsus 102 757 eksponat, 4 Dövlət Rəsm qalareyasına məxsus 376 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 5300 memarlıq  abidəsi,  o cümlədən 2261 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri,  50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri  Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya ölkədən çıxarılaraq mənimsənilmişdir. Bundan başqa  365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 310 məbəd, 72 məscid, 199 kurqan, 161 qədim qəbiristanlıq, 184 qədim yaşayış yerləri, 165 inanc yeri və ziyarətgah, 39 türbə erməni işğalçıları tərəfindən dağıdılaraq yox edilmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. Təcavüz Ermənistanın işğalı altında qalan milli-mədəni dəyərlərin məhv edilməsi, ya da erməniləşdirilməsi ilə müşayiət olunur.  Belə ki,  Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət bu mağaranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqlərinin keçirildiyi yerə çevirmiş, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar apararaq, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olmuşlar. 

Hazırki şəraitdə Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv ediblər və ya bu və ya digər şəkildə zərər vurmuşlar. Erməni işğalçılar tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmuşdur.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda  təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. 

Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş bu normaları kobud şəkildə pozaraq 30 il işğalda saxladığı ərazilərdə tarixi memarlıq irsinə məhvedici zərbələr endirimiş, islam abidələrini dağıtmış, xristian alban abidələrini falsifikasiya etmiş, dırnaqarası “bərpa” edərək erməniləşdirməyə çalışmış, Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar aparmış, bu qazıntılarda aşkar edilmiş və Qarabağ muzeylərində toplanmış antefaktları oğurlayaraq Ermənistana aparmışlar.

Müxtəlif dövrlərdə Azərbaycanda müxtəlif dinlərin mövcud olması Dağlıq Qarabağda da insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın yanaşı inkişafı və eyni zamanda onların birinin digərini əvəz etməsi Azərbaycanın memarlıq abidələrinin tikintisində də özünü göstərmişdir. Bu isə Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin əyani göstəricisidir. Hal-hazırda bu mədəni irsin ermənilər tərəfindən vandalizmə uğradılması qəzəb doğurur.

Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır.

Beləliklə 30 il ərzində baş verən hadisələr Ermənistanın bütün beynəlxalq sazişləri pozaraq Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz həyata keçirdiyini göstərir. İşğaldan azad olunan kənd və şəhərlərin bugünki acınacaqlı görüntüləri bir daha ölkəmizə nə qədər böyük ziyan vurulduğunu göstərir və ermənilərin vandalizmini nümayiş etdirir. Erməni lobbisinin təsiri altına düşmüş bir qrup insanlar  real təcavüz və vandalizm aktlarına göz yumaraq ehtimal edilən “təcavüz” barədə beynəlxalq təşkilatlara həqiqəti əks etdirməyən müraciətlərini pisləyirik və onların mədəni irsin qorunmasına yox, Azərbaycanın imicinə kölgə salmağa və haqq  işinə xələl gətirməyə  yönəldiyini bəyan edir, ermənilərin beynəlxalq hüquqa zidd əməllərinin araşdırılıb hüquqi qiymətləndirilməsi üçün beynəlxalq təşkilatların bu məsələyə diqqətini cəlb edirik.

 

Azərbaycan Memarlar İttifaqının üzvləri adından,

Elbay Qasımzadə

Memarlar İttifaqının İdarə heyətinin sədri,

Əməkdar memar,

Beynəlxalq Memarlar İttifaqının Şura üzvü.

 

 

Rəşadətli Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsi və azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılmasına başlanılması ilə əlaqədar olaraq, Azərbaycan Memarlar İttifaqının Katibliyi tərəfindən Qarabağ ərazisində Azərbaycan Memarlar İttifaqının iki regional bölməsinin – Yuxarı Qarabağ üzrə Şuşa şəhərində və Aşağı Qarabağ üzrə Ağdam şəhərində yaradılması barədə qərar qəbul edilmişdir.

Şuşa rayonu və Ağdam rayonu İcra hakimiyyəti Başçılarının da dəstəklədiyi bu qərara uyğun olaraq, imkan yaranan kimi Azərbaycan Memarlar İttifaqı Katibliyinin nümayəndəliyinin Şuşa və Ağdam yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkilati məsələləri həll etmək üçün Şuşa və Ağdam şəhərlərinə yollanması nəzərdə tutulub.

Əziz həmkarlar!

 

Bu müqəddəs günü otuz ildir ki, gözləyirdik!

Şükür Allahın böyüklüyünə! Qismət etdi!

Eşq olsun Azərbaycanın müzəffər ordusuna!

Eşq olsun Azərbaycanın ləyaqətli Prezidenti İlham Əliyevə!

Eşq olsun namuslu, qeyrətli Azərbaycan xalqına!

Dəyərli, istedadlı, bacarıqlı Azərbaycan memarlarına Vətənimizin cənnət guşəsi olan Qarabağın bərpasında, yenidən qurulmasında tükənməz qüvvə və yaradıcılıq uğurları arzu edirəm!

Elbay Qasımzadə

Oktyabr ayının 26-da CBC kanalında Azərbaycan memarlıq sənətini təmsil etmək hüququnda olmayan Elçin Əliyev tam savadsız, artıq dərəcədə qeyri peşəkar səviyyədə xalqımızın memarlıq irsinin inciləri haqda çıxışlar edib. Bu az imiş ki, yalançı qonşularımızın adət ənənəsiylə, yalan olaraq özünü Azərbaycan Memarlar İttifaqının sədr müavini kimi təqdim edib. Bu həmkarlarımızın çox saylı narazılığına səbəb olub. 

Xatırladaq ki, hələm 5 il bundan öncə öz çirkin əməllərinə görə Elçin Əliyev texniki vəzifə olan məhsul katib vəzifəsindən Azərbaycan Memarlar İttifaqının Plenumunun qərarı ilə vəzifəsindən azad olunub.

Bu barədə CBC televiziya kanalına müvafiq məlumat və etiraz bildirilib.

 

İdarə Heyəti

Hörmətli həmkarlar!

 

Bu gün Ümumdünya Memarlıq günüdür. İlk növbədə bu bayram münasibətilə bütün Azərbaycan memarlarını təbrik edirəm! Hər birinizə can sağlığı, səadət və yaradıcılıq uğurları arzu edirəm!

Bu ilki bayramımız xalqımızın uzun illər gözlədiyi, arzusunda olduğu qələbə yolunda olduğumuz günlərdə baş verir.

Şanlı ordumuz Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər yolundadır. 30 illik işğal dövrü artıq keçib. Torpaqlarımızı azad edib, orada onilliklərlə düşmən taptağı altında qalmış şəhər və qəsəbələrimizi bərpa edəcəyik. Daha möhtəşəm, müasir şəhərlər tikəcəyik.

Biz haqq yolundayıq!

Biz Azərbaycan memarlarıyıq!

Hər qarış torpağımızı çiçəkləndirmək, abad etmək bizim həm vətəndaşlıq borcumuzdur, həm də peşəkarlıq vəzifəmiz.

Qarabağ Azərbaycandır!

Ümumdünya Memarlıq gününüz mübarək!

Elbay Qasımzadə

Azərbaycan Memarlar İttifaqının

İdarə heyətinin sədri,

Əməkdar memar

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilib. Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib.

Previous Next

Azərbaycan Memarlar İttifaqında artıq yubileylərini təbrik etmək yaxşı ənənəyə çevrilmişdir. Bu il koronavirusun pandemiyası səbəbindən bu ənənə bir müddət təxirə salınmalı oldu. Karantin rejiminin yumşaldılmasından sonra 18 Avqust 2020-ci iltarixində Azərbaycan Memarlar İttifaqında təbrikləri birləşdirməklə təltif mərasimini keçirmək qərara alınıb

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri şəxsən yubilarları təbrik etmiş və Azərbaycan memarlığının inkişafındakı səmərəli fəaliyyətinə görə Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanları ilə təltif etmişdir.

Təltif olunanlar adından söz alan memarlıq doktoru, Dövlət mükafatı laureatı Ramiz Əbdülrəhimov göstərilən qayğı və diqqətə görə AMİ rəhbərliyinə minnətdarlığını bildirdi.

Yubilyarlar arasında Feyzulla Quliyev, Ramiz Əbdülrəhimov, Qədirov Albert, İsmayılova Səmayə, Rüstəmiyyə Rəfiqə, Mahmudova Edilia, Avalov Elturan, Həsənov Əzimxan, Vəliyev Həsən, Qarayev Abdi, Poluxov Nazim, Hacıyeva Yeganə, Ağakərimova Leyla, Məmmədkərimova Leyla və Qasımov Nizami iştirak etmişdilər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram