Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan "Şərq-Qərb" Nəşriyyat Evinə ölkəmizdə memarlıq haqqında yeni nəşrlərin hazırlanması məqsədilə vəsait ayrılmış, bununla bağlı olaraq 8 iyul 2014-cü il tarixində "Four Seasons" otelinin "Segah" zalında Azərbaycan Respublikası Memarlar İttifaqının koordunatorluğu ilə İttifaqın üzvləri tərəfindən 25 adda hazırlanmış müxtəlif kitabların təqdimatı keçirilmişdir. Memarlıq sahəsi üzrə ölkəmizin tanınmış memarları tərəfindən hazırlanmış kitablar (Elbay Qasımzadə, Gülçöhrə Məmmədova, Şamil Fətullayev, Fazil Məmmədov, Zahidə Məmmədova, Ramiz Əbdülrəhimov, Rayihə Əmənzadə, Fikrət Hüseynov və başqaları) yüksək poliqrafik tərtibatda çap edilmişdir. Hazırlanmış kitablar əsasən aşağıdakı mövzuları əhatə edir:

Azərbaycanda Moldova Respublikasının Mədəniyyət günləri çərçivəsində 30 aprel 2014-cu il tarixində Azərbaycanda resmi səfərdə olan Moldova Respublikasının Mədəniyyət naziri xanım Monika Babuk nümayəndə heyəti ilə birlikdə Azərbaycan Memarlar İttifaqında olmuşdur. Xanım M. Babukla Memarlar İttifaqının İdarə Heyətinin sədri E. Qasımzadə arasında Moldova və Azərbaycan memarları arasında əlaqələrin möhkəmləndirilməsi haqqında söhbət aparılmışdır. Moldova Respublikasının Mədəniyyət Naziri xanım Monika Babuk Elbay Qasımzadəni və Azərbaycan memarlarını Moldovaya rəsmi dəvət etmişdir.

Təbrik edirik!

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə bir sıra həmkarlarımızın fəaliyyətinə yüksək qiymət verilmişdir. Onları ürəkdən təbrik edir, Vətənimizin rifahı naminə gələcək işlərində uğurlar arzulayırıq! 

İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin:

Hörmətli həmkarlar!

Ümumdünya Memarlıq günü – 7 oktyabr 2013-cü il tarixində Azərbaycan Memarlar İttifaqının orqanı olan "Memar" analitik-informasiya jurnalının təqdimatı olmuşdur.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin Birinci müavini cənab Vaqif Əliyev, "İçəri Şəhər" Dövlət Tarixi-memarlıq qoruğunun direktoru cənab Samir Nuriyev, Azərbaycan Memarlar İttifaqının aktivi, bizim Tələbə klubunun üzvləri iştirak etmişlər.

Tədbirin necə uğurla keçdiyini, diqqətinizə təqdim etdiyimiz fotosessiyadan izləyə bilərsiniz.

2011-ci il dekabrın 16-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Azərbaycan Respublikasında Şəhərsalmanın vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda seminar-müşavirə keçirildi. Seminarda yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəhbərləri iştirak edirdi.

Seminarı giriş sozüylə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov açdı. O, qeyd etdi ki, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi və birbaşa qayğısı nəticəsində geniş tikinti-quruculuq işləri həyata keçirilir, rayon və şəhərlərimiz günü-gündən abadlaşır. Bununla belə, qeyd etmək lazımdır ki, bəzi memarların fəaliyyətində nöqsanlara da yol verilir. Hesab edirik ki, bu nöqsanların baş verməsi səbəblərinin ən başlıcası memarların öz üzərində işləməməsi, onların maarifləndirilməsindəki çatışmamazlıqlardır. D.Dövlətxanov sonra qeyd etdi ki, ümüdvarıq ki, bu gün keçirilən seminarda real vəziyyət düzgün qiymətləndiriləcək, mövcud problemlərin aradan qaldırılması üçün birgə çıxış yolları axtarılacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il iyulun 16-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verib.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində Prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikililər haqqında məlumat verilib.

Dövlətimizin başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlanıb.

Prezident İlham Əliyev Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlər verib.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram