Previous Next

Bakının tarixi məhəllələrindən biri olan və xalq arasında “Sovetski” adlanan ərazinin yenidən qurulması ətrafında yaranmış rezonans memarların ictimai yaradıcılıq birliyi olan Azərbaycan Memarlar İttifaqının da daim diqqət mərkəzində olmuşdur. Belə ki, Sovetskinin yenidən qurulması ilə bağlı vaxtaşırı müzakirələr aparılmış, müvafiq qurumlara memarlar adından müraciət və tövsiyələr göndərilmişdir. Bakının həmin tarixi hissəsinin bugünkü vəziyyəti və gələcək taleyi ilə bağlı memarların və sadə vətəndaşların Memarlar İttifaqına etdikləri çoxsaylı müraciətləri nəzərə alaraq, həmin məsələ ilə bağlı İttifaqın fəaliyyəti əks etdirən bəzi məqalə və məktubları saytımızın ziyarətçilərinin diqqətinə çatdırmaq qərarına gəldik.

"Sovetski" küçəsi memarın obyektivində 

Bu barədə Azərbaycan Memarlar İttifaqı  tərəfindən AR Baş naziri cənab Artur Rəsi-zadəyə, AR Mədəniyyət və Turizm naziri cənab Əbülfəs QarayevəAR Milli Elmlər Akademiyasının prezidenti cənab Akif Əlizafəyə müraciətlər  göndərilmişdir.

Previous Next

May ayının 6-da Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomunun təqdimatı keçirilib.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, təqdim olunan albomda Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, İosif Qoslavski, İosif Ploşko, Mikayıl Useynov, Ənvər Qasımzadə kimi tanınmış memarların fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. E.Qasımzadənin sözlərinə görə, bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Əsas məsələ odur ki, gələcək nəsillər ölkənin memarlıq sənətində dərin iz buraxmış bu insanları unutmasınlar.

Previous Next

Aprelin 13-də Azərbaycan Memarlar İttifaqı ilə YARAT Müasir İncəsənət Mərkəzinin birgə həyata keçirdiyi “Milli memarlığa müasir baxış” mövzusunda yaradıcılıq axşamı keçirilib.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə YARAT Müasir İncəsənət Mərkəzi ilə ilk dəfə təşkil olunan bu tədbirin hər ay keçiriləcəyini vurğulayıb. O bildirib ki, bu cür yaradıcılıq axşamları Azərbaycanın memarlıq sənətinin nümayəndələrinin fəaliyyəti ilə bağlı məlumat vermələri üçün yaxşı imkandır.

Daha sonra Memarlar İttifaqının sədri respublikanın tanınmış “El & En” memarlıq şirkətinin fəaliyyətindən danışıb. Qeyd olunub ki, 1998-ci ildə yaradılan şirkətin memarları bu illər ərzində memarlıq və dizayn sahəsində 200-dən artıq maraqlı layihə və ideyalar təqdim ediblər. Onlardan bir çoxu artıq həyata keçirilib. Tədbirdə həmçinin şirkətin  Abşeron yarımadasının şimal-şərq sahilində yerləşən Pirallahı adasında həyata keçirdikləri son “YT-Park” layihəsi də qonaqlara təqdim olundu.

Elbay Qasımzadə, şirkətin əsas prinsiplərindən söz açıb. Qeyd edilib ki, qədim tarixi abidələrə hörmətlə yanaşmaq, gənc memarlara daha çox yaradıcılıq imkanları yaratmaq, layihə sifarişçilərinə diqqət göstərmək, layihə işlənərkən onların da fikir və ideyalarını nəzərə almaq şirkət mütəxəssisləri üçün prioritet məsələlərdən biridir.

Sonda “El & En” şirkətinin memarlarının müxtəlif sahələrdə layihələrinə həsr olunan videoçarx nümayiş etdirildi.


Previous Next

Martın 3-də Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin və xanımı Azərbaycan Memarlar İttifaqında oldular.

Cənab səfiri və xanımını AMİ İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, İdarə Heyətinin katibi Fərhad Mollazadə və İttifaqın məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev qarşıladılar. Səmimi keçən söhbətin gedişində qonaqlara Azərbaycan Memarlar İttifaqı haqqında məlumat verildi. Bildirildi ki, ölkənin ən qocaman yaradıcılıq qurumlarından olan Memarlar İttifaqının beş yüz nəfərə yaxın üzvü var. Onlar ölkəmizdə sürətlə cərəyan etməkdə olan tikinti-quruculuq fəaliyyətində yaxından iştirak edirlər.

Azərbaycan Respublikası Memarlar İttifaqı Katibliyinin 16 mart 2014-cü il tarixli toplantısında Azərbaycan memarlığı və görkəmli memarlarımız haqqında poçt markaları seriyasının buraxılmasının məqsədəuyğunluğu barədə məsələ müzakirə olunmuşdu və müvafiq qərar qəbul edilmişdi. Qərara uyğun olaraq AMİ tərəfindən Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət göndərilmişdi. Nazirlik müraciəti müsbət qarşılamış, Memarlar İttifaqının fəalları Fazil Məmmədov və Səbinə Hacıyeva ARYTN-nin nəzdindəki "Azərmarka" şirkəti ilə birlikdə təklif edilən seriyalar üzərində işə başlamışdılar.

15 dekabr 2014-ci ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən görkəmli memar, alim və ictimai xadim Həsən Əli oğlu Məcidovun anadan olmasının 100 illiyi münasibətilə silsilə anım tədbirləri keçirildi. İlk belə tədbir memarın yaratdığı və paytaxtdakı ən tanınmış layihələrdən olan Muzey Mərkəzinin binası önündə baş tutdu. AMİ İdarə Heyətinin, Katibliyin üzvləri, Həsən müəllimi tanıyanlar, onun tələbələri olmuş hazırkı peşəkar memarlar, onun ailə üzvləri Mərkəzin divarına vurulmuş və üzərində görkəmli memarın adı həkk olunmuş xatirə lövhəsinin açılışına toplaşmışdılar.

Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan "Şərq-Qərb" Nəşriyyat Evinə ölkəmizdə memarlıq haqqında yeni nəşrlərin hazırlanması məqsədilə vəsait ayrılmış, bununla bağlı olaraq 8 iyul 2014-cü il tarixində "Four Seasons" otelinin "Segah" zalında Azərbaycan Respublikası Memarlar İttifaqının koordunatorluğu ilə İttifaqın üzvləri tərəfindən 25 adda hazırlanmış müxtəlif kitabların təqdimatı keçirilmişdir. Memarlıq sahəsi üzrə ölkəmizin tanınmış memarları tərəfindən hazırlanmış kitablar (Elbay Qasımzadə, Gülçöhrə Məmmədova, Şamil Fətullayev, Fazil Məmmədov, Zahidə Məmmədova, Ramiz Əbdülrəhimov, Rayihə Əmənzadə, Fikrət Hüseynov və başqaları) yüksək poliqrafik tərtibatda çap edilmişdir. Hazırlanmış kitablar əsasən aşağıdakı mövzuları əhatə edir:

Azərbaycanda Moldova Respublikasının Mədəniyyət günləri çərçivəsində 30 aprel 2014-cu il tarixində Azərbaycanda resmi səfərdə olan Moldova Respublikasının Mədəniyyət naziri xanım Monika Babuk nümayəndə heyəti ilə birlikdə Azərbaycan Memarlar İttifaqında olmuşdur. Xanım M. Babukla Memarlar İttifaqının İdarə Heyətinin sədri E. Qasımzadə arasında Moldova və Azərbaycan memarları arasında əlaqələrin möhkəmləndirilməsi haqqında söhbət aparılmışdır. Moldova Respublikasının Mədəniyyət Naziri xanım Monika Babuk Elbay Qasımzadəni və Azərbaycan memarlarını Moldovaya rəsmi dəvət etmişdir.

Təbrik edirik!

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə bir sıra həmkarlarımızın fəaliyyətinə yüksək qiymət verilmişdir. Onları ürəkdən təbrik edir, Vətənimizin rifahı naminə gələcək işlərində uğurlar arzulayırıq! 

İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin:

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)