Previous Next

18 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli İrs Mükafatı"nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin müavini Vaqif Əliyev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və mədəni irs” adlı fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis etdiyi “Milli İrs Mükafatı” hər il Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara verilir.

2018-ci ilin “Milli irs mükafatı”na Azərbaycan irsinin təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Memarlar İttifaqı layiq görülmüşdür.

Previous Next

9 fevral 2018-ci il tarixində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri 11 aprel 2018-ci il prezident seçkiləri ilə bağlı forum keçiriblər.

Foruma Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, Musiqi Xadimləri İttifaqının sədri, Xalq Artisti Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, respublikanın tanınmış ziyalıları qatılıblar.

Azərbaycan Memarlar İttifaqınıXIX qurultayında, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda memarlığıinkişafında xidmətlərinə görə aşağıdakı memarlar təltif edilmişlər:


«Şöhrət» ordeni ilə:

  • Bəylərov İlqar Xıdır oğlu
  • İsbatov İlqar Aydın oğlu

TeletX 1 XANLAROV TƏLƏT AĞASIBƏY oğlu (1927-2004)

Görkəmli Azərbaycan memarı memarlıq akademiki Xanlarov Tələt Ağasıbəy oğlu 26 avqust 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur, 1956-cı ildə Azərbaycan Politexnik institutunu bitirmişdir.

Dövlət mükafatı laureatı (1967-ci il), 1975-ci ildən – Azərbaycan Respublikası Əməkdar memarı, 1992-ci ildən – Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) vitse-prezidenti, “Şöhrət” (№119) və “Şərəf nişanı” (№1138768) ordenli, Prezident təqaüdçüsü olmuşdur.

           Müasir Azərbaycanın ən görkəmli layihəçi memarlarındandır.

60-dan artıq unikal layıhələrin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman və Konsert kompleksi, “Bakı Soveti” və “Memar Əcəmi” metropoliten stansiyaları, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində “Kimyaçı” mədəniyyət sarayı, Naxçıvan şəhərində “Təbriz” mehmanxanası və s.

1992-ci ildən “Akademik T.A.Xanlarovun yaradıcılıq emalatxanası”na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan “İmam Rza” məsçidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məsçidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binaların və fərdi bağ evlərinin layıhələrini tərtib etmişdir.

Bütün müasir ensiklopediya və kataloqlarda Azərbaycanın ən görkəmli mədəniyyət və elm xadimlərinin siyahısına daxil edilib.

Görkəmli alimin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumat ilə "Insaatci" qəzetinin Xüsusi Buraxılışında tanış ola bilersiz

Previous Next

2017-ci ilin may ayının 9-u Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva Azərbaycan Memarlar İttifaqını ziyarət etmişdir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə İttifaqın fəaliyyəti və yerləşdiyi bina haqqında ətraflı məlumat vermişdir.

Görüş zamanı İttifaqın yerləşdiyi tarixi binanın bərpası və əsaslı təmiri haqqında söhbət aparılmışdır.

Musviq

 

Müstəqil dövlətimizin şəhər və qəsəbələrinin siması günü-gündən gözəlləşir və zənginləşir. Möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan şəhərsalma siyasətinin nəticəsi olaraq, paytaxtımız Bakıda xalqımızın mədəniyyət və incəsənət xadimlərinə yeni abidələr ucaldılır.

Azərbaycan RespublikasınıBirinci Vitse-PrezidentiHeydəƏliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanısəyləri nəticəsində tarixi mədəni irsimizin qorunub-saxlanılması üçüəzəmətli işləgörülür.

Məhz bunlar həyatımızıəsasını təşkil edən, millətin mənəviyyatını daha da yüksəldəaddımlar mövcudluğunda hansısa naməlum, mədəniyyətsiz, təsadüfi insanlar tərəfindədahi şairimiz MikayıMüşfiqin abidəsinin dağıdılması həbir ziyalının, cümlədəhəmemarıqəlbində böyühiddədoğurur!

Düşmənlərimizin Azərbaycan xalqını dünyaya barbar simasında göstərmək niyyətini, çox təəssüf ki, həmvətənlərimiz düşünülməmiş hərəkətləri ilə dəstəkləyirlər.  

Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illik yubileyi tədbirində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev,  Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən, “Əməkdar Memar” fəxri adına layiq görülmüş aşağıdakı memarlara vəsiqələrini və təltiflərini təqdim etdi:

Babakişiyev Rasim Calal oğlu

İbrahimov İbrahim Məmmədhüseyn oğlu

Kiryaşov Yevqeniy Mixayloviç

Qarber Aleksandr Aronoviç

Qədirov Cəmaləddin Bəy oğlu

Molla-zadə Fərhad Ədhəm oğlu

Musaxanov Kəmal Ağa Paşa oğlu

Vəliyev Nazim Oruc oğlu.

 

Ng 2   Ng 3
     
Ng 5   Ng 6
     
Ng 7   Ng 8
     
Ng 9   Ng 10

Previous Next

Oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qafqaz müsəlmanları idarə heyətinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirilmişdir.

Vurğulanmışdır ki, Vatikanla Azərbaycan arasında münasibətlər artıq 24 ildir ki, uğurla inkişaf edir. Dövlət başçısının sözlərinə görə, bu səfər vatikan-azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verəcəkdir.  Azərbaycan prezidenti bildirib ki:  "Bu səfər bütün bəşəriyyət üçün çox vacibdir. Çünki bu səfər bir daha göstərir ki, sivilizasiyalar arasında dialoq vardır, davam edir, güclənir və biz bu dialoqa yeni təkan verməyə çalışırıq".

Roma Papası bildirib ki, indiki dövrdə mənəvi və mədəni dəyərlər olduqca böyük əhəmiyyət kəsb edir, xüsusilə də Avropa ölkələrində. "Hal-hazırda bunlar, insanlar üçün çox mühüm məqamlardır. Beləliklə biz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik", deyə Roma Papası qeyd edib.

Həmçinin, səfər zamanı Roma Papası, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə yüksək mükafatlar təqdim edib: bunlardan, Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, məşhur Azərbaycan heykəltəraşı, Azərbaycan Rəssamlıq akademiyasının rektoru Ömər Eldarova, Azərbaycanın xalq şairi Anara, görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımovalara, SSRİ xalq artisti Zeynəb Xanlarovaya və b.

Previous Next

Son günlərdə sosial şəbəkələrdə Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın sökülməsi barədə yalan məlumatlar yayılır. Bu bina Bakı sakinlərinə Ağabala Quliyevin evi kimi məlumdur.

Layihənin müəllifi polşalı memar Yevgeni Yakovleviç Skibinskidir (Eugeniusz Skibiński, 1858–1928). “Dəyirmanlar kralı” Ağabala Quliyevin sifarişi ilə 1899-cu ildə tikilmiş cah-cəlallı mülkün interyerini məşhur rus rəssamı Durov tərtib edib.

Ağabala Quliyevin evinin memarlığı Azərbaycan memarlığı tarixindəki şərq üslublu tikililər içərisində fərqlənməkdədir.

Binanın tarixi onun sahibinin həyat tarixçəsi ilə sıx bağlıdır. Ağabala Hacıqulu oğlu Quliyev kasıb ailədən idi, uşaqlığı şəhərin küçələrində və gəmi körpülərində anasının bişirdiyi qutabları satmaqla keçmişdi. Böyüdükdə isə un və taxılın alqı-satqısı ilə məşğul olmağa başladı. Bir neçə ildən sonra o, dəyirman tikməyə müvəffəq oldu.

Bakının indiki Puşkin və Nizami küçələrinin kəsişməsindəki dəyirman Ağabala Quliyevə məxsus idi. Birinci gildiya taciri, dənüyütmə və düyütəmizləmə zavodlarının sahibi Ağabala Quliyev həmçinin, Bakı-Batumi neft kəmərinin tikintisi üzrə cəmiyyət təsis etmişdi. O, dəfələrlə Bakı şəhər Dumasına qlasnı seçilmişdi.

Həmin dövr Bakısının həyatında heç bir hadisə Ağabala Quliyevin maddi və mənəvi köməyi olmadan keçmirdi. Ölkədə xalq təsərrüfatının, dövlət tikintisinin müxtəlif sahələrində, sosial və mədəni tədbirlərin keçirilməsində onun xidmətləri böyük idi.

Azərbaycan Memarlar İttifaqı, bizim binanın taleyi ilə maraqlanan və narahat olan sakinlərə öz dərin minnətdarlığını bildirir və nəzərinizə çatdırır  ki, binanın sökülməsi barədə məlumat həqiqətə uyğun deyil, belə ki, bina dövlət əhəmiyyətli abidələr siyahısındadır və onun bu siyahıdan çıxarılması barədə heç bir qərar yoxdur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)