Previous Next

Mart ayının 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyeva ölkənin görkəmli yaradıcılıq və incəsənət xadimləri ilə görüş keçirmişlər. Görüşdə ölkə Prezidenti xalqımızın qədim mədəniyyəti, Azərbaycanda aparılan sosial siyasət, sənət adamlarının nailiyyətləri və bu istiqamətlərdə görülmüş və nəzərdə tutulmuş işlər haqqında ətraflı və məntiqli söhbət açmışdır.

Previous Next

15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır.

Əziz və çox hörmətli həmkarlar, dostlar!

 

Hər bir yaradıcı insanın ən böyük həyati arzusu onun həmkarları, onunla bir dövrdə yaşayan insanlardan yüksək qiymət almaqdır. Bu cəhətdən özümü xoşbəxt hesab edirəm. Həyatımın hər dövründə sizlərin hörmətini və diqqətini duymuşam.

Mənə yüksək inamla və etibarla tapşırdığınız doğma İttifaqımızın möhkəmləndirilməsi və ən nüfuzlu səviyyəyə çatması üçün bacardığım dərəcədə çalışmışam və çalışacağam da.

Bu günlərdə 70 illik yubileyimlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltifimi təkcə özümə yox, hamınıza – memarlıq sənətinin xidmətində duran hər ustada şamil edirəm.

Bu uğurla bağlı hamınıza dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

Yeni, 2019-cu ili qarşılayırıq. Yeni il hər biriniz üçün, əzizləriniz üçün uğurlu olsun!

Sizin,

Elbay Qasımzadə

Respublikanın Əməkdar memarı,

“Şöhrət” və “Şərəf” ordenləri kavaleri

 

 

Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar memar, Memarlar İttifaqının İdarə heyətinin sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə “Salnamə” sənədli filmlər studiyası tərəfindən hazırlanmış “Memar” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə dövlət və hökumət üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

25 dekabr 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.

Təbrik edirik!

 

img035 1
 
 
img038

Beynəlxalq Memarlar İttifaqının (BMİ) və Azərbaycan Memarlar İttifaqının (A) təşkilatçılığı ilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu keçiriləcək.

Previous Next

1 oktyabr 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqının binasında ölkənin memarları Ümumdünya memarlıq gününə həsr olunmuş peşə bayramını geyd etmişlər.

Memarlar İttifaqının İdarə Heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə həmkarları qarşısında çıxış edərək, onları peşə bayramı münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, bu gün dünyanın 120 şəhərində 1 milyondan çox memar bu bayramı qeyd edir.Memarlıq həmişə bəşəriyyətin elə bir sərvəti olub və olacaq ki, o  estetik və praktik funksiya daşıyır, zövq və vətənpərvər ideyalar formalaşdırır.

Memarlıq irsinin qorunub saxlanılması, əlverişli yaşayış mühitinin, şəhər və qəsəbələrin fərdi görünüşünün yaradılması kimi böyük məsuliyyət memarın üzərindədir. Məhz memarın təsəvvürü vasitəsilə bütün bəşəriyyətin yaşadığı mühit formalaşır. Bu mühitin keyfiyyəti, təhlükəsizliyi və ən əsası estetik dəyəri, bir çox hallarda təcrübə və bilikdən asılıdır.

Sonra Elbay Qasımzadə Memarlar İttifaqının bir neçə üzvünü yubileyləri münasibətilə təbrik edərək, onlara AMİ-nin Fəxri fərmanlarını təqdim etdi.

Sonra Azərbaycan Mİ-nin İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar memarı Afis Əmirxanov çıxış edərək, şəhərin görünüşündəki ən son dəyişikliklər barədə danışdı. Az zaman bundan əvvəl şəhər boz və görünüşsüz idi. İndi isə o dəyişmiş, memarlıq layihələrinin dizayn gözəlliyi ilə göz oxşayır. Bakıda aparılan tikinti-quruculuq işləri deməyə əsas verir ki, Azərbaycan dinamik inkişaf edir. Azərbaycanın inkişafı dünyada onun nüfuzunu artırır.

Sonra Moskva Beynəlxalq Memarlıq Akademiyasının professoru, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rayiha Əmənzadə çıxış edərək əvvəlcə çox gözəl təşkil olunmuş bu axşam üçün Memarlar İttifaqının rəhbərliyinə təşəkkür etdi və bildirdi ki, tezliklə Moskvada dünyanın ən böyük platforması olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz gözəlliyi ilə ən yaxşılardan biri olacaq yeni bərpadan çıxmış Azərbaycan pavilyonu öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bu, Respublika memarları üçün böyük bir hadisədir və bu haqda material "Memar" informasiya-analitik jurnalının səhifələrində dərc olunmağa layiqdir.

Tədbirdə iştirak edən Azərbaycan Mİ-nin İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar memarı Fəxrəddin Miralay bayram münasibətilə həmkarlarını təbrik edərək Bakıda bərpa və yenidənqurma işlərinin aparılmasından ətraflı söhbət açıb.

Qeyd etmək istərdik ki, istedadlı gənc Novruzzadə Nərmin fortepianoda mahir ifaçılıq sənəti göstərərək gecənin gedişinə öz canlı musiqisi ilə rəng qatıb.

Previous Next

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Memarlar İttifaqında Beynəlxalq Memarlar İttifaqının koordinatorları ilə müşavirə keçirilmişdir. Səfərin məqsədi BMİ-nin Forumu və Fövqəladə Baş Assambleyasına hazırlığın gedişatı ilə tanış olmaqdır.

Görüşdə BMİ-nin Baş Katibi Şerban Tiqanas, BMİ-nin Baş Katibliyinin koordinatoru Sonia Çela, BMİ-nin Şura Üzvü İstelianna Atanassova, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Azərbaycan Memarlar İttifaqının birinci katibi Fərhad Mollazadə,Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov iştirak etmişlər.

İclas zamanı 2019-cu ildə keçiriləcək Forumun planı hazırlanıb və müzakirə olunub. Skype rabitəsi vasitəsilə Parisdəki Proqram Komitəsinin üzvləri ilə telekörpü yaradılmışdır. Proqram Komitəsinin üzvləri birsıra məsələlərdə düzəlişlər edib və tədbirin keçirilməsi barədə fikirlərini bölüşmüşlər.

Koordinatorlara həmçinin məlumat verilmişdir ki, belə geniş miqyaslı Forumun təşkilinə Bakı Media Mərkəzi cəlb olunmuşdur. Müşavirədən sonra ekspertlər Media Mərkəzinə baş çəkdilər. Onlara Forumun “Tarixi şəhərlər və Turizm çağırışları” mövzusunun bütün istiqamətlərinin geniş əhatə edildiyi ilkin təqdimat nümayiş etdirildi. Gələcək Forumun loqotipi və nəzərdə tutulan ekspozisiyaların dizayn variantları göstərildi. Təqdimatın sonunda BMİ-nin Baş Katibi Şerban Tiqanas bəzi konseptual istiqamətlər üzrə fikirlərini bildirdi.

Sonra koordinatorlar Forumun keçiriləcəyi Heydər Əliyev Mərkəzinə getmiş və məkan ilə yaxından tanış olmuşlar. Diqqətlə sərgi zallarına baxarkən, mütəxəssislər tədbirin keçirilməsi üçün ayrılan yerin tam uyğun olduğunu bildirmişlər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)