Previous Next

Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə heyətinin “Qarabağ bölgəsində bərpa və inkişaf” mövzusunda onlayn Plenumu

17 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə heyətinin “Qarabağ bölgəsində bərpa və inkişaf” mövzusunda onlayn Plenumu keçirilib.

Plenumu salamlama sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə açdı: - Hörmətli həmkarlar, hörmətli qonaqlar, sizi görməyə çox şadam. Bu bir il ərzində fikirlərimizi, qayğılarımızı bölüşə bilsək də, təəssüflər olsun ki, bir-birimizlə görüşə bilməmişik. Bu gün bu fürsət yarandı.

 Qeyd etmək istəyirəm ki, Memarlar İttifaqı digər İttifaqlardan fərqli olaraq, çox fəaldır. Bilirsiniz ki, 2017-ci ildə “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda Plenumumuz keçirilib. 2019-ci ildə Beynəlxalq Memarlar İttifaqı ilə Bakıda birlikdə keçirdiyimiz Forumda Qarabağ ərazisində yerləşən abidələr haqqında sərgi təşkil etmişdik və bu, dünya ictimayyətinə kifayyət qədər geniş yayılmış məlumatdır. 28 iyul 2020-ci il tarixində, BMİ-nin onlayn Şura toplantısında mən, 12 iyulda Tovuzda baş verən təcavüzlə əlaqədar xüsusi bəyanatla çıxış etmişdim və bir çox xarici həmkarlarımız bu məsələ ilə bağlı bizə öz dəstəyini bildirmişdilər.

Sonra sədr iştirakçıları Plenumun gündəliyi ilə tanış etdi və mövzu üzrə məruzələr dinlənildi:

-       Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının katibi Gülçöhrə xanım Məmmədova “Qarabağ bölgəsində bərpa və inkişaf” mövzusunda məruzə ilə çıxış etdi.

-       Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovu “İşğaldan azad edilmiş ərazilərdə planlaşdırılma işləri” mövzusunda məruzə ilə çıxış etdi.

-       Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin“Tarix-mədəniyyət abidələrinin bərpası böyük qayıdış prosesinin əsas istiqaməti kimi” mövzusunda çıxış etdi.

-       Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Rayihə xanım Əmənzadənin «Şuşanın mərkəz hissəsinin bərpasına dair» mövzusunda çıxışı dinlənildi.

-       Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin “Qarabağın arxeoloji abidələrinin tədqiqatları ilə bağlı yeni mövzuların hazırlanmasına dair” çıxışı dinlənildi.

-       “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun “İşğaldan azad edilmiş ərazilərin memarlıq abidələri və onlara dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda çıxışı dinlənildi.

Müzakirələr zamanı Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramovun və Gənclərlə iş üzrə komissiyanın sədri Şeyda Novruzzadənin çıxışları dinlənildi.

Çıxışlardan sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyəti Plenumunun Qətnaməsi oxundu və qəbul edildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram