"Yurdumuza qayıdaq, yurdumuzu quraq!" Yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi

22 yanvar 2021-ci ildə Azərbaycan Memarlar İttifaqında "Yurdumuza qayıdaq, yurdumuzu quraq!" yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

300-dən çox layihədən 4 layihə qalib oldu.

"Tərtər rayonunun Talış kəndinin bərpası layihəsi"nə görə I dərəcəli diplom və pul mükafatı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, əməkdar memar, professor Elbay Qasımzadə tərəfindən Ağayev Toğrula təqdim edilib.

 

Yurd 1

 

"Tərtər rayonunun Umudlu qəsəbəsinin şəhərsalma layihəsi"nə görə II dərəcəli diplom və pul mükafatı Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, Əməkdar memar Rasim Babakişiyev tərəfindən Muradov Rüstəmə təqdim edilib.

 

Yurd 2

 

“Tərtər rayonunun Suqovuşan qəsəbəsinin bərpa layihəsi”nə görə Əzizova Məryəm və "Xocavənd rayonunun Tuğ kəndinin layihəsi"nə görə Ağayeva Təhminə III dərəcəli diplomları və pul mükafatları Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, gənc memarlar klubunun prezidenti Şeyda Novruzzadə tərəfindən təqdim edilib.

 

Yurd 3   Yurd 4

 

Bundan əlavə, 6 fərqlənən layihənin müəlliflərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu:

 

Hacıyeva Yeganə, Kərimova Günay, Kərimov Əbdül – “Ağdam şəhərinin bərpa layihəsi”;

İbrahimova Ləman - “Zəngilan rayonunun Mincivan qəsəbəsinin bərpa layihəsi”;

Rzayeva Fidan – “Xocavənd rayonunun Hadrut qəsəbəsinin şəhərsalma layihəsi”;

Məmmədova Fidan – “Xocavənd rayonunun Tuğ qəsəbəsinin layihəsi”;

Məmmədova Aysu – “Kəlbəcər rayonunun Həsənriz kəndinin Eko-Turizm layihələndirilməsi”;

Nağıyeva Səkinə - “Zəngilan rayonunun Bartaz kəndinin layihəsi”.

 

Yurd 5   Yurd 6   Yurd 7
         
Yurd 8   Yurd 9   Yurd 10

 

Azərbaycan Memarlar İttifaqı olaraq qalibləri təbrik edirik.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram