“Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin yekunları müəyyən olundu.

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərimizdə yerləşən kəndlərimizin və qəsəbələrimizin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin yekunları müəyyən olunmuşdur.

Müsabiqəyə təqdim olunmuş 300-dən çox layihədən xüsusi komissiya tərəfindən 60 iş seçilmiş və Münsiflər heyətinin müzakirəsinə verilmişdir. Münsiflər heyəti - Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı, professor Elbay Qasımzadə (sədr), Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü, Respublikanın Əməkdar memarı, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının dosenti, memarlıq doktoru, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir-üzvü Şəhla Qəhrəmanova və AMEA-nın Memarlıq və incəsənət İnstitutunun böyük elmi işçisi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli seçilən işləri təhlil edib onların içindən 10 layihəni fərqləndirmişlər.

Fərqlənən layihələr arasından 4 layihə qalib olaraq müəyyən edilmişdir:

 

1-ci yer – Ağayev Toğrul “Tərtər rayonunun Talış kəndinin bərpa layihəsi”nə görə - I dərəcəli diplom;

2-ci yer – Muradov Rüstəm “Tərtər rayonunun Umudlu qəsəbəsinin şəhərsalma layihəsi”nə görə - II dərəcəli diplom;

3-cü yer – Əzizova Məryəm “Tərtər rayonunun Suqovuşan qəsəbəsinin bərpa layihəsi”nə görə - III dərəcəli diplom;

3-cü yer – Ağayeva Təhminə “Xocavənd rayonunun Tuğ kəndinin layihəsi”nə görə - III dərəcəli diplom.

 

Bundan əlavə 6 layihə Fərqlənmə diplomlarına layiq görülmüşlər:

 

Hacıyeva Yeganə, Kərimova Günay, Kərimov Əbdül – “Ağdam şəhərinin bərpa layihəsi”;

İbrahimova Ləman “Zəngilan rayonunun Mincivan qəsəbəsinin bərpa layihəsi”;

Rzayeva Fidan – “Xocavənd rayonunun Hadrut qəsəbəsinin şəhərsalma layihəsi”;

Məmmədova Fidan – “Xocavənd rayonunun Tuğ qəsəbəsinin layihəsi”;

Məmmədova Aysu – “Kəlbəcər rayonunun Həsənriz kəndinin Eko-Turizm layihələndirilməsi”;

Nağıyeva Səkinə “Zəngilan rayonunun Bartaz kəndinin layihəsi”.

 

Münsiflər heyətinin müzakirəsinə təqdim olunmuş qalan müsabiqə iştirakçılarına xüsusi sertifikatlar təqdim edilir.

Azərbaycan Memarlar İttifaqı olaraq, çağırışımıza qoşulub bu müsabiqədə iştirak edən hər kəsə minnətdarlığımızı bildirir və qalibləri təbrik edirik.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram