Previous Next

Memarlar İttifaqında italiyalı həmkarlarla görüş olub

11 oktyabr 2019-cu il tarixində İtaliyanın bir sıra bölgələrini təmsil edən memar və inşaatçılardan ibarət nümayəndə heyəti Azərbaycan Memarlar İttifaqında oldular. Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamladıqdan sonra onlara başçılıq etdiyi təşkilat haqqında danışdı. İtaliyalı memarlara Azərbaycan memarlığının tarixi, burada yaranmış memarlıq məktəbləri, azərbaycanlı ustaların şərq və dünya memarlığına verdikləri töhfələr barəsində məlumat verildi.

Maraqlı keçən fikir mübadilələri gedişində Bakının XIX əsr memarlığı və həmin dövrdə burada fəaliyyət göstərmiş əcnəbi memarlar xatırlandı. İtaliyalı mütəxəssislərdən Anna Semenza, İzabella Steffan və başqaları səmimi qəbula və verilən maraqlı məlumatlara görə təşəkkürlərini bildilər.

Qonaqlara AMİ-nin rəsmi nəşri olan “Memar” elmi, analitik-informasiya jurnalının yeni sayı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)