Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Memarlar İttifaqında ziyarət etmişdir.

20191007 110729

10 sentyabr 2019-cu ildə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Memarlar İttifaqında olmuşdur.

Görüş zamanı Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə 7-11 iyun 2019-cu il tarixlərində Bakıda keçirilən “Tarixi şəhərlərdə kütləvi turizm” Birinci Beynəlxalq Memarlıq Forumunun keçirilməsində köməklik göstərdiyinə görə şəxsən Arzu xanıma təşəkkür etdi. Bakı Media Mərkəzinin əməkdaşlarının peşəkar işi sayəsində Azərbaycan qonaqlara layiqincə təqdim edildi. Forumun açılış və bağlanış günlərində nümayiş olunan vizual şoudan bütün nümayəndələr məmnun qaldılar.

Arzu xanım Əliyevaya Azərbaycan Memarlar İttifaqının binası haqqında və xüsusilə də binanın sahibi olmuş Ağa Bala Quliyev haqqında ətraflı danışıldı, həmçinin Azərbaycan Memarlar İttifaqının fəaliyyəti və gələcək planları barədə məlumat verildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)