Hörmətli həmkarlar!

 

Bu gün Azərbaycan Memarlar İttifaqının təsis olunmasının 85 ili tamam olur. Çox təəssüf ki, pandemiya qaydaları bu təntənəni birgə qeyd etməyə imkan vermir. Lakin buna baxmayaraq, ürək sözlərimizi demək, xoş münasibətlərinizi bildirmək iqtidarındayıq.

Sizin hər birinizi səmimi qəlbdən təbrik edir, can sağlığı və yeni yradıcılıq uğurları arzu edirik! İnşaallah, ümid edirik ki, yaxın bir zamanda pandemiya çəkiləcək və bir yerdə yığışıb yubileyimizi qeyd edəcəyik.

 

Dərin hörmətlə,

Elbay Qasımzadə

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri

22 yanvar 2021-ci ildə Azərbaycan Memarlar İttifaqında "Yurdumuza qayıdaq, yurdumuzu quraq!" yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

300-dən çox layihədən 4 layihə qalib oldu.

"Tərtər rayonunun Talış kəndinin bərpası layihəsi"nə görə I dərəcəli diplom və pul mükafatı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, əməkdar memar, professor Elbay Qasımzadə tərəfindən Ağayev Toğrula təqdim edilib.

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərimizdə yerləşən kəndlərimizin və qəsəbələrimizin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin yekunları müəyyən olunmuşdur.

Hörmətli dostlar, həmkarlar!

 

Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin!

 

2020-ci ilin bütün dünya üçün gərgin bir pandemiya ili olmasına baxmayaraq, Azərbaycan üçün son 30 ildə ən yaxşı il oldu. Rəşadətli Ordumuz Qarabağın işğal altındakı torpaqlarını azad etdi, nəticədə Azərbaycan Respublikası bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdi. Artıq bizi, illər boyu güc və bacarıqlarımızı artıraraq hazırlaşdığımız quruculuq və bərpa illəri gözləyir.

 

Qarşıdan gələn 2021-ci il yeni planlar, yaradıcı ideyalar və nailiyyətlərlə zəngin olacaq.

Sizə və yaxınlarınıza ürəkdən can sağlığı, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Qoy gələn il sizi bütün hədəflərinizə çatdıracaq uğurlu layihələr ili olsun.

 

Elbay Qasımzadə

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Beynəlxalq Memarlar İttifaqının Şura üzvü

Hörmətli həmkarlar!

 

Azərbaycan Memarlar İttifaqı tərəfindən elan edilən “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” Müsabiqəsinə layihələrin qəbulu bitmişdir. Məmnuniyyətlə bildiririk ki, Müsabiqədə iştirak edənlərin sayı 370-i keçmişdir.

Təqdim olunan bütün layihələr yüksək vətənpərvərlik, yaradıcılıq və peşəkarlıqla fərqlənir.

Bütün müsabiqələrdə olduğu kimi, işçi qrup ən uğurlu və rəqabət qabiliyyətli layihələri seçmişdir ki, bunlar indi ictimai baxış və müzakirə üçün nümayiş etdirilir - https://drive.google.com/drive/folders/1J7_IJ0gls1iYhGggvZDCVl_W8zLkD9C8?usp=sharing

Müzakirələrin nəticələrindən sonra münsiflər heyətinin iclası keçiriləcək və müsabiqənin yekun nəticələri müəyyən olunacaqdır.

Azərbaycan Memarlar İttifaqı çağırışımızı qəbul edən və müsabiqədə iştirak edən hər kəsə təşəkkür edir!

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni 2021 ilinizi təbrik edirik!

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram