Azərbaycan Memarlar İttifaqının Təftiş komissiyasının sədri N.Şıxzamanov və komissiyanın üzvləri  A.Rəhimova və T. Şəkixanov  Memarlar  İttifaqının baş mühasibi L.Əfəndiyevanın təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra aşağıdakıları müəyyən etmişlər.

Memarlar İttifaqının 01.01.2016-cı il tarixinə maliyyə qalıqları 24951,10 manat olmuşdur. Memarlar İttifaqına 2016-cı ilin 12 ayında daxilolma 363666,0 manat, xərclər isə 380967,79 manat olmuşdur. 31.12.2016-cı il tarixinə maliyyə qalıqları 7649,31 manat olmuşdur.

Previous Next

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 19 yanvar tarixində Bakıda «Four seasons» otelinin «Şur» zalinda «Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti» mövzusunda Plenum keçirdi.

Əvvəlcə qonaqlar Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyətini əks etdirən sərgi ilə tanış oldular.

Plenumu salamlama sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə açdı. Əvvəlcə son plenumdan keçən müddətdə dünyasını dəyişmiş Mİ İdarə heyəti üzvləri, sonra İşğal olunmuş ərazilərdə şəhid olmuş vətəndaşlarımız bir dəqiqə sükutla yad edildi.

Previous Next

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Memarlar İttifaqının idarə heyətinin üzvləri və ölkənin görkəmli memarları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram