21 dekabr 2015-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 2015-ci il qış Plenumu keçirildi.

Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan Plenumdan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyuldu.

Sonra Azərbaycan memarlarının yaradıcılığını əks etdirən "Müasir Azərbaycan memarlığı" adlı sərginin açılışı oldu.

Plenumda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə iştirakçıları salamladılar.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini cənab Dövlətxan Dövlətxanov Plenumda Şəhərsalma fəaliyyətinə dair ərazi planlaşdırılması sənədləri mövzusunda çıxış etdi.

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevanın "Lənkəranın memarlıq-şəhərsalma irsi" mövzusunda çıxışı oldu.

04.07.2015-ci il tarixində Gəncə şəhərində  Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 2015-ci il yay Plenumu keçirildi.

Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan Plenumdan əvvəl Azərbaycan memarlarının yaradıcılığını əks etdirən sərginin açılışı oldu.

Plenumda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə iştirakçılar qarşısında salamlama çıxışı etdi.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini cənab Dövlətxan Dövlətxanov Gəncə şəhərinin Baş planının layihələndirilməsi və inkişafı mövzusunda çıxış etdi.

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi professor Rayihə Əmənzadə Plenum iştirakçıları qarşısında "Gəncənin memarlığı" mövzusunda məruzə ilə çıxış etdi.

Naxçıvanda keçirilmiş Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 2014-cü ilin II Plenumunun iştirakçıları Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində olublar.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqları salamlayaraq ali məktəbin strukturu, təşəkkülü, inkişafı, professor-müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi kimi diqqəti cəlb edir. Burada digər ixtisaslar kimi, memarlıq ixtisası da dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur.

18 dekabr 2014-cü ildə Naxçıvan şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 2014-cü il üzrə II Plenumu keçirildi. Giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 2014-cü il II Plenumu iştirakçılarını və qonaqları salamladı. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə cavab nitqində Plenumun keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan memarları adından Naxçıvan MR Ali Məclisinin sədrinə dərin minnətdarlığını bildirdi. Daha sonra tədbir iştirakçılarına Plenumun gündəliyi haqqında məlumat verdi.

 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram