Əməkdar memar Rəna Əfəndizadənin 90 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib

11 dekabrda Azərbaycan Memarlar İttifaqında Respublikanın Əməkdar memarı Rəna Əfəndizadənin 90 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq Rəna Əfəndizadənin memarlıq elmi sahəsində nəşr etdirdiyi çoxsaylı kitablardan söz açıb.O qeyd edib ki, Rəna xanım bir sıra yaşayış evlərinin layihələrinin, eləcə də Azərbaycanın və Bakının memarlığı və şəhərsalma məsələlərinə dair 50-dən artıq nəşr əsərinin və 5 monoqrafiyanın müəllifidir.

Elbay Qasımzadə bildirib ki, yubilyar Memarlar İttifaqı ilə daim sıx əlaqədə olub və öz zəngin təcrübəsini gənc memarlarla bölüşüb.

Memarlar İttifaqının rəhbəri vurğulayıb ki, Rəna xanım Əfəndizadənin müəllimi Azərbaycanın məşhur memarı Mikayıl Useynov olub. M.Useynov onun memarlıq sahəsində qazandığı uğurlarda böyük rol oynayıb.

Sonra çıxış edən Rəna Əfəndizadə mənalı, eyni zamanda maraqlı ömür yolundan danışıb. Qeyd edib ki, təhsil aldığı Moskva Memarlıq İnstitutu onun həyatında dərin iz qoyub. R.Əfəndizadə peşəkar fəaliyyətinin əsas istiqamətinin elm və layihə yaradıcılığı ilə bağlı olduğunu deyib.

Tədbir ərzində qonaqlara R. Əfəndizadənin həyat və yaradıcılığı haqqında foto-slayd nümayiş etdirilib.

Gecədə ölkənin tanınmış memarları Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Ramiz Əbdülrəhimov, Azərbaycan Respublikasının Əməkdar memarı Elkin Ələsgərov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutun böyük elmi işçi Elçin Əliyev, AMİ-nın Təftiş komissiyasının sədri Nizami Şıxzamanov, Memarlıq üzrə fəlsəfə doktoru Uğur Miralayev, Əməkdar memar, AMİ-nin 1-ci katibi Fərhad Mollazadə, Əməkdar memar Nazim Vəliyev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, eləcə də Rəna xanımın ailə üzvləri və dostlarıiştirak etmişlər. Onlar, Rəna xanımın Azərbaycan memarlığı tarixinə verdiyi mühüm töhfəni qeyd edərək,onun yaradıcılığı haqqında səmimi və xoş sözlər səsləndirmişlər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram