Previous Next

"Keçmişdən gələcəyə" - görkəmli memar Rasim Əliyevin 85 illiyi qeyd olundu

16 iyul 2019-cu ildə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar memarı, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Tədbirin əvvəlində Rasim Əliyevin 3 dildə dərc edilmiş "Keçmişdən gələcəyə" adlı yeni kitabının təqdimatı olub.

Tədbirdə çжxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə görkəmli memarın ömür yolundan və memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. Uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür: “Rasim müəllim bir sıra unikal memarlıq əsərlərinin müəllifidir. Onun əsərlərinin əksəriyyətində ölkəyə olan məhəbbətinin təzahürləri hiss olunur. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də geniş tanınan sənət adamıdır.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında imzaladığı müvafiq Sərəncamı oxuyub və diplomu yubilyara təqdim edib.

 

 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev görkəmli sənətkarın Azərbaycan memarlıq sənətinə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa və rəssamlığa olan məhəbbətindən söz açıblar. Onun istedadlı memar, peşəkar rəssam olmasından danışan natiqlər memarın yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub.

Sonda çıxış edən yubilyar 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)