7 may 2019-cu il tarixində Azərbaycan Respublikası Memarlar İttifaqı İdarə Heyətinin Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə “Bakının şəhərsalma inkişafı” mövzusunda Plenumu keçirildi.

İlk öncə Memarlar İttifaqının İdarə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad etdilər və məzarıları üzərinə əklillər və gül dəstələri qoydular. Sonra Plenum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoydular.

Sonra Plenum iştirakçıları plenumun keçiriləcəyi Bakı şəhər İcra Hakimiyyətinə gələrək “Müasir Azərbaycan memarlığı” mövzusunda sərgi ilə tanış oldular.

Tədbiri salamlama sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə müzakirəyə çıxarılan mövzunun aktuallığından söhbət açıb. Plenumun Bakının şəhərsalma inkişafının gələcəyinə həsr edildiyini deyən E.Qasımzadə şəhərsalma problemlərinin dövlətimizin həmişə diqqət mərkəzində olduğunu, onun iqtisadi və sosial siyasətin tərkib hissəsi sayıldığını vurğulayıb.

Bakı Şəhər İcra hakimiyyətinin Başçısı Eldar Əzizov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində Bakı artıq bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Sürətli inkişaf özü ilə müxtəlif yeni çağırışlar da gətirir. Bakı meri buna görə də Bakının baş planının hazırlanmasında bütün aidiyyatlı qurumların birgə fəaliyyətinin önəmli olmasına diqqət çəkib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev isə Azərbaycan Memarlar İttifaqının plenumunun ümumilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilməsi və məhz bu tədbirdə paytaxtın gələcək inkişafı məsələlərinin müzakirəsinin rəmzi məna daşıdığını söyləyib. O, baş planının hazırlanması zamanı ictimaiyyətin də fikirlərinin öyrənildiyini və bunun üçün sorğu keçirdiklərini bildirib. Komitənin rəhbəri prioritet istiqamətlərin təfərrüatlarını açıqlayıb.

Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma üzrə yaradııcılıq komissiyasının sədri İlqar İsbatov öz çıxışında Bakının İnkişaf Konsepsiyası barədə məlumat verib, konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırıb.

Baş Planla bağlı “AS+P” şirkətinin nümayəndəsi Joachim Schares “Şəhərin inkişaf istiqamətləri: qlobal təcrübə” mövzusunda çıxış edib.

Plenumda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universiteti Memarlıq fakültəsinin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının dosenti Şəhla Qəhrəmanova “Bakı şəhərində davamlı yaşayış mühitinin layihələndirilmə prinsipləri” mövzusunda məruzə edib.

Daha sonra çıxışlar ətrafında müzakirələr keçirilib. Bir cox maraqlı fikirlər söylənilib.

Müzakirələrdən sonra Plenumun Qətnaməsinin layihəsi oxunulub, səsə qoyulub və yekdilliklə qəbul edilib.

Sonda Azərbaycan Memarlar İttifaqının Təftiş Komissiyasının sədri Nizami Şıxzamanov Memarlar İttifaqının ötən ildə fəaliyyətinə dair Təftiş komissiyasının rəyi barədə məlumat verib.

Previous Next

8 iyun 2018-ci il tarixində İsmayıllı şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının Katibliyinin səyyar iclası keçirilmişdir.

Memarlar İttifaqının nümayəndə heyəti İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun qəbulunda olmuş, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi önünə çiçəklər qoyulmuşdur.

Sonra iştirakcılar iclasın keçiriləcəyi məkana - şəhər Mədəniyyət Mərkəzinə gəlmiş və Azərbaycan memarlarının yaradıcılığını əks etdirən "Müasir Azərbaycan memarlığı" sərgisi ilə tanış olmuşlar.

Previous Next

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 12 may 2018-ci il tarixində Ümummilli liderHeydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş Plenum keçirdi.

Əvvəlcə Memarlar İttifaqının İdarə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə əklillər və gül dəstələri qoydular. Sonra Plenum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib  “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoydular.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)