Previous Next

2 fevral 2018-ci il tarixində Memarlar İttifaqının binasında Azərbaycan Respublikasının Əməkdar Memarı Yuzef İslam öğlu Qədimovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Gecədə iştirak edənlər arasında görkəmli memarın həmkarları və tələbələri, eləcə də ailə dostları yer almışlar. Həmkarları çıxış edərək öz xatirələrini bölüşmüş, Yuzef Qədimovun həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Previous Next

Bu ilin 17 fevral tarixində Azərbaycan Memarlar İttifaqının binasında Azərbaycanın Əməkdar memarı Nərgiz xanım Əsgərzadənin xatirə gecəsi keçirildi.

Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Nərgiz xanımla birlikdə işləyən həmkarları, eləcə də qohumları və ailə dostları iştirak edirdilər.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Nərgiz xanımın xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi.

Previous Next

Mayın 4-də İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekuperonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlar İttifaqında oldu. On altı nəfərdən ibarət italiyalı memarlar qrupunu AMİ-nin məsul katibi Elçin Əliyev, tanınmış Azərbaycan memarları Rasim Babakişiyev, Nazim Vəliyev, Leyla Ağakərimova, Gülnarə Fətullayeva, AMEA Memarlıq və İnşaat İnstitutunun əməkdaşı Elçin Əliyev və başqaları qarşıladılar.

Qonaqlara zəngin tarixə malik Azərbaycan memarlığı, Bakının memarlıq özəllikləri, eləcə də Azərbaycan Memarlar İttifaqının fəaliyyəti haqqında geniş məlumat verildi. İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekupero başçılıq etdiyi qurum haqqında Azərbaycan memarlarına məlumat verdi. Görüşün gedişində Azərbaycanda və xüsusən də Bakıda aparılan tikinti-quruculuq işləri, icra edilən memarlıq layihələrinin xüsusiyyətləri və s. ilə bağlı italiyalı qonaqların çoxsaylı suallarına ətraflı cavablar verildi.

Previous Next

Aprelin 29-da Memarlar İttifaqının binasında “Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov ilə memarların və tələbələrin görüşü oldu. F.İsmayılov toplaşanlara başçılıq etdiyi təşkilat və onun indiyədək gördüyü işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə - ötən əsrin 80-ci illərinin sonlarında bu bölgədəki abidələrin verildiyi kataloqda 900-ə yaxın abidə qeyd olunmuşdu. Reallıqda isə bunların sayı təqribən 7 mindir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram