Previous Next

Əməkdar memar Nəriman Əliyevin “Baqan-Bakı” kitabının təqdimatı kecirilib

6 dekabr 2019-cu il tarixində Azərbaycan Memarlar İttifaqının binasında Əməkdar memar Nəriman Əliyevin “Baqan-Bakı” (Bakının dünəni və bu günü) adlı kitabın təqdimatı kecirilib.

Tədbiri Azərbaycan Memarlar İttifaqının üzvü, Əməkdar memar Elkin Ələsgərov açaraq qeyd edib ki, Nəriman Əliyev Memarlar İttifaqının ən fəal üzvlərindəndir. O tək memar deyil, pedaqoq, vətənpərvər insan olaraq həmişə öz bilik və bacarıqlarını tələbələrindən, həmvətənlərindən əsirgəməyib. Və bunun məntiqi nəticəsi kimi də öz tələbələrinin, həmkarlarının, onu tanıyan digər insanların hörmətini və rəğbətini qazanıb.

Sonra bərpaçı-memar, Prezident təqaüdçüsü Tofiq Şəkixanov çıxış edərək bildirib ki, Nəriman Əliyevi çoxdan tanıyır, onunla bir yerdə layihə institutunda çalışmış, bərpa layihələri hazırlamışlar. Dəfələrlə respublikamızın bölgələrində və digər yerlərdə xidməti ezamiyyətlərdə olmuş, birlikdə ölçmə işləri aparmışlar.

Azərbaycan Memarlar İttifaqının Təftiş komissiyasının sədri, memar Nizami Şıxzamanov da Nəriman Əliyevi yeni kitabının çapdan çıxması münasibətilə təbrik etdi. Nəriman Əliyevlə birgə çalışdıqları dövrlə bağlı xatirələrini dilə gətirdi, ona can sağlığı və yeni uğurlar arzuladı.

Çıxış edənlərin sırasında jurnalist Sona Həsənli, şairə Əzət Alibəyli, 20 Yanvar şəhidi İbrahim Allahverdiyevin qardaşı Elxan Allahverdiyev və 20 Yanvar şəhidi Cavad İsmayılovun həyat yoldaşı Həcər xanım Nəriman Əliyev haqqında öz xatirələrini bölüşüb, memara uğurlarının davamını arzuladılar.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram