Previous Next

Pərviz Hüseynovun xatirə gecəsi

30 may 2018-ci il tarixində Memarlar İttifaqının binasında Respublikanın Əməkdar memarı, “Şərəf nişanı” ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı Pərviz Hüseynovun xatirə gecəsi keçirilmişdir.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Pərviz Hüseynovun xatirəsinə hörmət və ehtiramlarını bildirərək bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir.

Gecədə ölkənin tanınmış memarları, Pərviz Hüseynovun həmkarları, eləcə də ailə üzvləri və dostları iştirak edirdilər.Çıxış edənlərin arasında Respublikanın Əməkdar memarları Kamran Sultanov və Elkin Ələsgərov, «Tərəqqi» medalı kavaleri Tofiq Şəkixanov, Respublikanın Əməkdar memarı, "Şöhrət" ordeni kavaleri Afis Əmirxanov, memar Uğur Miralay öz xatirələrini bölüşmüşlər.

Tədbir zamanı qonaqlara memarın həyat və yaradıcılığı haqqında foto-slayd nümayiş etdirilmişdir.

Tədbirin sonunda Pərviz Hüseynovun qızı Nərgiz xanım atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə Azərbaycan Memarlar İttifaqının rəhbərliyinə, təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)